Icma.az
close
up
RU
Kirayə də dost olar? İnsanlar arasında tənhalıq problemi dərinləşir

Kirayə də dost olar? İnsanlar arasında tənhalıq problemi dərinləşir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müasir dünyada ünsiyyət imkanları artsa da, sosial tənhalıq problemi getdikcə daha çox insanı narahat edir. Xüsusilə böyük şəhərlərdə insanlar tək qalır, dost tapmaqda çətinlik çəkir və nəticədə bu boşluğu doldurmaq üçün qeyri-adi həll yollarına müraciət edirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, son illərdə bir çox ölkədə “kirayə dost” xidməti populyarlaşmağa başlayıb. Bu xidmətin məqsədi müəyyən bir vaxt ərzində müştəriyə sosial yoldaşlıq etmək, onu tədbirlərə müşayiət etmək və ya sadəcə söhbət yoldaşı olmaqdır.

İnsanlar kirayə dosta niyə ehtiyac duyur?

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva fikirlərini Bakıvaxtı.az-a bölüşüb.

Psixoloq bildirib ki, Azərbaycanda kirayə dostla bağlı heç bir şey eşitməyib. Bir insanın kirayə olduğunu bilə-bilə hər hansısa tədbirə, məclisə özümüzlə aparıb özümüzküləşdiririksə, sözsüz ki, bu, insanın özünü aldatmasıdır:

“Kirayə dost demək ətrafımızda bizə dəyər verən, bizi sevən insanların olmadığını təsdiqləmək deməkdir. Bu yola məncə, zəif psixologiyaya sahib insanlar əl atırlar ki, onlar özlərini yetərsiz hesab edir və kirayə dost tapırlar.

Kirayə paltar ola bilər, ev ola bilər, lakin dost, yoldaş ola bilməz, əgər bu varsa, sözsüz ki, bu, bizim insanlığımızın qarşısına keçir. Çox mənfi bir haldır”.

Nabat Mirzəyeva: Bəziləri ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün belə bir xidmətdən istifadə edir

Müsahibimiz kirayə dostlara niyə ehtiyac duyulmasından da bəhs edib:

"Cəmiyyət nə qədər irəliləsə də, insanlar arasında tənhalıq problemi azalmaq əvəzinə, daha da dərinləşir. Şəhərləşmə, rəqəmsal ünsiyyətin artması və real sosial münasibətlərin zəifləməsi insanları təkliyə məhkum edir. Kirayə dostluq xidməti, müvəqqəti də olsa, bu boşluğu doldurmağa imkan yaradır.

Bəzi insanlar təkbaşına sosial tədbirlərə qatılmaqda çətinlik çəkir. Məsələn, bir toy, korporativ tədbir və ya ailə yığıncağı üçün kimsə "dost" və ya "tərəfdaş" kirayələyə bilər. Bu, sosial normalara uyğun görünmək və özlərini daha rahat hiss etmək üçün istifadə edilən bir üsuldur.

Bəzi insanlar ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün belə bir xidmətdən istifadə edirlər. Özünəqapanıq insanlar üçün sosiallaşma çətin olduğu üçün kirayə dostlar onlara rahat mühitdə ünsiyyət qurmağa kömək edə bilər".

Psixoloq qeyd edib ki, kirayə dostluq müvəqqəti həll olsa da, uzunmüddətli perspektivdə insanın sosial və emosional sağlamlığı üçün tam effektiv deyil.

"Gerçək dostluq, etibar və qarşılıqlı emosional bağlılıq əsasında qurulur. Pullu münasibətlər isə süni və məhdud olur, bu da insanın tənhalığını tam aradan qaldırmır",- deyə Nabat Mirzəyeva vurğulayıb.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri