Icma.az
close
up
RU
Tənhalıq pandemiyası: Texnologiya zirvədə, amma insanlar tənha

Tənhalıq pandemiyası: Texnologiya zirvədə, amma insanlar tənha

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Smartfonlar, sosial şəbəkələr, mesajlaşma proqramları — dünya tarixində insanlar arasında əlaqə yaratmaq bu qədər asan olmamışdı. Amma paradoks ondadır ki, bu qədər əlaqə imkanına baxmayaraq, insanlar özlərini heç vaxt bu qədər tənha hiss etməyiblər.

Bakıvaxtı.az xəbər verir ki, 2023-cü ildə Dünya Səhiyyə Təşkilatı tənhalığı ilk dəfə rəsmi olaraq qlobal sağlamlıq təhdidi kimi tanıdı. Tədqiqatlara görə, tənhalıq insan sağlamlığına siqaret çəkmək və ya piylənmə qədər zərər verir. Uzunmüddətli tənhalıq depressiya, yuxusuzluq, ürək-damar xəstəlikləri və immun sistemin zəifləməsi ilə əlaqələndirilir.

Böyük Britaniyada 2021-ci ildə aparılmış sorğuya görə, hər 14 nəfərdən biri heç kimlə yaxın münasibətdə olmadığını bildirib. Yaponiya və Cənubi Koreyada gənclər arasında “hikikomori” adlanan sosial təcrid fenomeni yayılıb — minlərlə insan illərlə evdən çıxmadan yaşayır.

ABŞ-da 2020-ci ildə aparılan “Cigna” araşdırmasına əsasən, hər üç amerikalıdan biri özünü "tənha" hiss edir və bu göstərici ilbəil artır.

Texnologiya: əlaqə vasitəsimi, yoxsa təcrid aləti?

Sosioloqlar bildirirlər ki, texnologiya insanları birləşdirmək yerinə, bəzən əsl ünsiyyəti əvəz edən bir “süni münasibət” alətinə çevrilir. Məsələn, bir çox insan sosial şəbəkədə yüzlərlə dostu olmasına baxmayaraq, çətin anda kömək istəyə biləcəyi real bir nəfər belə tapa bilmir.

Harvard universitetində 75 il davam edən məşhur “Adult Development Study” araşdırması göstərib ki, insanların uzunömürlülüyünü və xoşbəxtliyini təyin edən əsas faktor, sosial münasibətlərin keyfiyyətidir – var-dövlət və ya karyera yox.

Dünyanın bir çox ölkəsində bu problemin qarşısını almaq üçün təşəbbüslər var. Britaniyada “Tənhalıq naziri” vəzifəsi yaradılıb. Finlandiyada gənclər üçün “ünsiyyət bacarıqları” dərsləri keçirilməyə başlanıb. Yaponiyada isə yaşlı insanlar üçün ictimai mərkəzlər açılır, onların tək qalmamaları üçün könüllülər cəlb olunur.

Amma sosioloqların fikrincə, problemin həlli təkcə dövlətin və texnologiyanın üzərinə düşməməlidir. Əsas dəyişiklik fərdi səviyyədə baş verməlidir — bir mesaj yerinə bir zəng, bir like yerinə bir real görüş, və bəzən sadəcə bir “necəsən?” sualı.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri