Kirayə mənzil bazarında qiymətlər BELƏ OLACAQ KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kirayə mənzil bazarında vergi nəzarətinin sərtləşdirilməsi yenidən gündəmi zəbt edib. Rəsmi qurumların bu sahədə kölgə iqtisadiyyatını azaltmaq niyyəti ictimai maraq doğursa da, əsas sual açıq qalır: yeni nəzarət mexanizmləri və vergi tələbləri kirayə qiymətlərinə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, kirayə mənzil bazarı hazırda kölgə iqtisadiyyatının mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanda kirayə verilən mənzillərin təxminən 90–95 faizi qeyri-leqal şəkildə fəaliyyət göstərir.
Ekspert qeyd edib ki, hökumət kirayə bazarının leqallaşdırılması istiqamətində müəyyən addımlar atıb və bu çərçivədə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Lakin Elnur Azadovun fikrincə, yalnız vergi dərəcəsinin azaldılması problemi kökündən həll etmir:
“Vergi 14 faizdən 10 faizə endirildi, amma effektiv nəzarət mexanizmi və real cərimələnmə olmadığı üçün bu addım kirayə verənləri ciddi şəkildə stimullaşdırmır. Cəmi 4 faizlik azalma vətəndaşları kütləvi şəkildə vergi ödəyicisinə çevirməyəcək”.
Onun sözlərinə görə, əsas çıxış yolu monitorinqlərin aparılması və nəzarət mexanizmlərinin gücləndirilməsidir. Xüsusilə, fərdi evlər və mənzillər üzrə kirayə münasibətlərinin sistemli şəkildə nəzarətə götürülməsi vacibdir. Məqsəd isə kirayə verən şəxslərin rəsmi vergi ödəyicisi kimi qeydiyyata alınmasıdır.
Qiymətlərə mümkün təsir məsələsinə toxunan ekspert bildirib ki, vergi nəzarətinin sərtləşdirilməsi kirayə haqqının artımına səbəb olmayacaq:
“Nəzarət gücləndirilsə, vergi ödəyicilərinin sayı artsa belə, daşınmaz əmlak bazarında qiymət dəyişikliyi gözlənilmir. Bu amil kirayə bazarına real təsir göstərməyəcək”.
Beləliklə, ekspertin qənaətinə görə, kirayə evlərlə bağlı vergi tədbirlərinin sərtləşdirilməsi daha çox bazarın leqallaşdırılmasına xidmət edir və qısa müddətdə qiymət artımı ilə nəticələnməyəcək.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















