Icma.az
close
up
RU
Gələn il mənzil bazarında qiymətlər BELƏ OLACAQ KONKRET

Gələn il mənzil bazarında qiymətlər BELƏ OLACAQ KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son aylarda Bakıda və ətraf ərazilərdə mənzil qiymətlərində müşahidə olunan artım cəmiyyətin diqqət mərkəzindədir. Maraqlıdır, gələn il hansı bölgələrdə qiymət artımı ən yüksək gözlənilir?

Əmlak eksperti Anar Nəsirov KONKRET.az-a açıqlamasında qiymət dəyişikliklərinin arxasında dayanan əsas səbəblərə aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, artıq 6 ildir ki, mənzil bazarında fasiləsiz qiymət artımı baş verir və bu prosesin əsas hərəkətverici qüvvəsi ipoteka tələbidir. Hazırda ipoteka şərtlərinə uyğun olan mənzillərə tələbat digərlərinə nisbətən daha yüksəkdir:

“İpotekaya yararlı və çıxarışlı yeni binalar ən çox qiymət artımının müşahidə olunduğu seqmentdir. Çünki alıcıların böyük qismi qanuni sənədləşdirilmiş və ipoteka predmetinə çevrilə bilən mənzillərə üstünlük verir”.

Nəsirov qeyd edir ki, sovet dövrünün sonlarında tikilmiş 9 mərtəbəli binalar da ipoteka üçün yararlı olduğu üçün bu kateqoriyada da artım digərlərinə nisbətən daha yüksək qeydə alınır.

Ekspert bildirir ki, qiymət artımını şərtləndirən ən mühüm faktor tələbin təklifi üstələməsidir. Bu vəziyyət uzun illərdir davam etdiyindən, artım demək olar bütün seqmentlərdə müşahidə olunur. Ən kəskin qiymət bahalaşması isə şəhərin mərkəzi və ona yaxın ərazilərdədir.

“Metro stansiyalarının yaxınlığında yerləşən mənzillər bütün dövrlərdə daha çox tələb görür. Bu səbəbdən metro ətrafında qiymət artımı şəhərin digər zonalarına nisbətən daha yüksək olur”.

Anar Nəsirov qeyd edir ki, əvvəlki illərlə müqayisədə son bir ildə Günəşli, Əhmədli və Qara Qarayev qəsəbələrində də ciddi qiymət artımı qeydə alınıb. Buna əsas səbəb həmin ərazilərdə həm 9 mərtəbəli binaların çoxluğu, həm də qiymətlərin mərkəzlə müqayisədə daha münasib olmasıdır.

Əvvəllər bu ərazilərlə şəhər mərkəzi arasında 25 faizlik qiymət fərqi vardısa, indi bu fərq 5–7 faizə qədər azalıb.

Ekspert hesab edir ki, qiymət artımı tendensiyası qarşıdakı aylarda da davam edəcək. Xüsusən dekabr ayında ölkəyə gələn turistlərin və Rusiyada yaşayan azərbaycanlıların mənzil alışı bazarı yenidən canlandıracaq.

Anar Nəsirov bildirir ki, gələn il də ən çox qiymət artımının şəhərin mərkəzi və metro ətrafı zonalarda qeydə alınacağı ehtimal olunur. Bundan əlavə, artıq yüksək tələbin formalaşdığı Günəşli və Əhmədli kimi ərazilərdə də artım davam edə bilər.

Ekspertin ümumi proqnozuna görə, ilin sonunadək və 2026-cı ildə mənzil bazarında qiymət artımı tendensiyası qalacaq.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri