Icma.az
close
up
RU
Bakıda kirayə mənzillərin qiyməti bahalaşır

Bakıda kirayə mənzillərin qiyməti bahalaşır

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Tələbə axını olduğu üçün müraciətlərin sayı artıb. Müraciətlərin sayının artması isə qiymətə təsir göstərir. Həmçinin burada psixoloji faktor var. Mülkiyyətçi düşünür ki, müraciət edənlərin sayı artdıqca, qiyməti yüksəltmək lazımdır".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə kirayə mənzillərin qiymətində ən azı 15 faiz artım var:

"Şəhərin mərkəz hissələrində artım daha çoxdur.  Mənzil bahalaşdıqca, onun kirayə dəyəri də artır. Məsələn, şəhərin mərkəzində 1 otaqlı mənzilin kirayə haqqı 1000 manatdan yüksəkdir. Bu qiymətə olan mənzildə 15 faiz artım 150 manat edir".

R.Osmanlı bildirib ki, son illər əmlak bazarında iki istiqamət üzrə ciddi şəkildə dəyişiklik müşahidə olunur: "Köhnə mənzil fondu sürətlə azalır, sıradan çıxır. Köhnə binaların sökülməsi nəticəsində ucuz mənzillər üzrə təklif portfeli məhdudlaşır. Şəhərin mərkəzində və ona yaxın ərazilərdə yerləşən ikimərtəbəli yaşayış massivlərindən ibarət yaşayış sahələri sökülür. Hansı ki, 2,3 və ya 4 nəfər bir evdə kirayədə qalırdı, o qədər də üzərlərinə yük düşmürdü. Belə ki, həyət evləri idi və ucuz qiymətə təklif olunurdu. Onların yerində bazara yeni tikililər daxi olur. Təbii ki, yeni tikililərin qiyməti yüksəkdir".

Ekspert qeyd edib ki, qiymətin bahalaşması əmlakın gəlirliliyinə təsir göstərir:

"Məsələn, 100 minlik əmlakla 200 min qiyməti olanın gəlirlik dərəcəsi eyni ola bilməz. Bu da qiymət artımına təsir göstərir. Digər tərəfdən bu söküntülər nəticəsində əmlak bazarında müəyyən dövrlər üçün kirayə tələbi formalaşır. Məsələn, bir ərazi sökülür, orada yaşayan 2500 mülkiyyətçiyə kirayə mənzil haqqı verilir. Onların müəyyən hissəsi də tələbi artırır. Bu faktorlar məhdud təklif fonunda tələbin və qiymətin artımına təsir göstərir".

Anar Kəlbiyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri