Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü MƏHKƏMƏ
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Moderator.az xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. İntiqam Bayramovun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, hadisə 25 noyabr 2024-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Gənclər” şəhərciyində qeydə alınıb.
İntiqam Bayramov tanışına məxsus, sonradan zərərçəkmiş Saleh Yusifliyə (adı, soyadı şərtidir) kirayə verilmiş mənzillə bağlı yaranmış mübahisə zamanı zorakılıq hərəkətləri törədib.
Belə ki, zərərçəkmiş şəxsin kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxması və əşyalarını razılaşdırılmış vaxtda götürə bilməməsi səbəbindən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İntiqam Salehlə dalaşıb, onu yumruq və təpiklə sifət və bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq yerə yıxıb. Nəticədə o, zərərçəkmiş şəxsə yüngül bədən xəsarətləri yetirib.
Qeyd olunan hərəkətləri ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan - qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməkdə ittiham olunub.
Məhkəmə iclasında İntiqam Bayramov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 28 Yanvar 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















