Icma.az
close
up
RU
Sabiq deputat kirayə qaldığı mənzildən QOVULDU Sevgilisinə... ŞOK FOTO

Sabiq deputat kirayə qaldığı mənzildən QOVULDU Sevgilisinə... ŞOK FOTO

Icma.az, News24 portalına istinadən məlumat verir.

Almaniyanın Hamburq şəhərində uzun illər siyasətdə nüfuz sahibi olan 81 yaşlı Dirk Fişer kirayə borcuna görə yaşadığı evdən çıxarılıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, vaxtilə Xristian Demokrat İttifaqının (XDİ) tanınmış simalarından olan sabiq deputat bir neçə aydır kirayə ödənişlərini etmədiyinə görə məhkəmə icraçısının müdaxiləsi ilə üzləşib.

Fişerin mənzilə görə 2500 avrodan çox borcu yaranıb. İyulun 14-də icraçılar onun evinə gələrək çıxarılma qərarını yerinə yetiriblər.

Maraqlısı budur ki, sabiq deputat ayda 7,159 avro məbləğində parlament təqaüdü alır.

Yaxınlarının dediyinə görə, Fişer bu vəsaitin böyük hissəsini Braziliyada yaşayan sevgilisi və onun ailəsinə göndərir. Onun dostları bildirirlər ki, keçmiş siyasətçi ailəsi uğrunda şəxsi rahatlığından və maddi sabitliyindən vaz keçib.

Fişerin partiya yoldaşları ona zaman-zaman maddi yardım göstərsələr də, yaranmış borc böhranının qarşısını almaq mümkün olmayıb. Keçmiş deputat "Bild"ə açıqlamasında mənzil sahibiylə razılığa gəlməyə çalışdığını və evə geri dönməyi ümid etdiyini deyib.

Qeyd edək ki, Dirk Fişer 37 il Almaniya Bundestaqında təmsil olunub, uzun müddət XDİ-nin Hamburq şöbəsinə rəhbərlik edib və 2007-2021-ci illərdə Hamburq Futbol Assosiasiyasının prezidenti olub. Hazırda isə həyatının axarında şəxsi münasibətləri və maliyyə çətinlikləri ilə gündəmə gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 İyul 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see338

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see151

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri