Icma.az
close
up
RU
Kis və Sinner qalib gəldi

Kis və Sinner qalib gəldi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Yanvarın 12-də start götürən “Australian Open”ə bazar günü yekun vuruldu. Əvvəlcə qadınların turnirində final oyunu keçirildi.

29 yaşlı amerikalı Medison Kis iki saat sürən mübarizə sonucunda dünyanın 1-ci raketkası Arina Sobolenkonu məğlub etdi. Son iki ildə bu turnirin qalibi olan belaruslu bu dəfə titulunu qoruya bilmədi. Sobolenko məğlubiyyətə çox emosional reaksiya verdi. Ənənəvi əlsıxmadan sonra komandasının üzvlərinə nəsə dedi və raketkasını qırdı. Ardından dəsmalı üzünə tutdu ki, göz yaşlarını gizləsin.
Kis isə karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirinin kubokunu başı üzərinə qaldırdı.
Ümumiyyətlə, o, 2000-ci ildən bəri “Australian Open”də fərdi yarışda qalib gələn 5-ci amerikalıdı. Əvvəllər bunu Lindsey Devenport (2000), Cennifer Kapriati (2001, 2002), Serena Uilyams (2003, 2005, 2007, 2009, 2010, 2015, 2017) və Sofya Kenin (2020) bacarıb.
Kişilərin turnirində Yannik Sinner qalib gəldi. 23 yaşlı italiyalı tennisçi finalda 2 saat 45 dəqiqə ərzində Almaniya təmsilçisi Aleksandr Zverevin müqavimətini qırdı. Sinner ardıcıl 2-ci dəfə “Australian Open”qalibi oldu, o, həmçinin ötənilki “US Open”də ATP-nin illik Yekun turnirində də heç kimə aman verməyib.
Maraqlı məqam odu ki, Zverev finalların uğursuzudu. O, karyerasındakı 3-cü “Böyük dəbilqə” finalında da uduzdu. Buna qədər 2020-ci ildə “US Open”də, ötən il isə “Rolan Qarros”da uduzmuşdu. 27 yaşlı Zverev olimpiya çempionu və Yekun turnirinin ikiqat qalibidi.
final
kişilər, fərdi

Sinner (İtaliya, 1) - Zverev (Almaniya, 2) 6:3, 7:6 (7:4), 6:3
kişilər, cütlər
Heliovaara/Patten (Finlandiya/B.Britaniya, 6) – Bolelli/Vavassori (İtaliya, 3) 6:7 (16:18), 7:6 (7:5), 6:3
qadınlar, fərdi
Kis (ABŞ, 19) - Sobolenko (Belarus, 1) 6:3, 2:6, 7:5
qadınlar, cütlər
Sinyakova/Taunsend (Çexiya/ABŞ, 1) – Si Suvey/Ostapenko (Çin Taybeyi/Latviya, 3) 6:2, 6:7 (4:7), 6:3
mikst
Qadeki/Pirs (Avstraliya) – Birrell/Smit (Avstraliya) 3:6, 6:4, 10:6
Reaksiyalar
Arina Sobolenko:

“Medison, bu necə turnir idi! Bu mükafatı qazanmaq üçün çox savaşdın, bu gün qeyri-adi oyun göstərdin. Səni və komandanı təbrik edirəm – qələbə haqqınız idi. Qələbən ləzzət alın. Bu il məndə alınmasa da, gələn il daha güclü qayıdacam. Möhtəşəm atmosferə görə sağ olun”.


Medison Kis:

“Komandama “sağ ol” deyirəm. Deyəsən, ağlamalı olacam... Bu titulu hədsiz çox istəyirdim. Mən artıq bir dəfə “Böyük dəbilqə”nin finalında oynamışdım, onda nəticə uğursuz oldu. Bir daha belə şans qazanıb-qazanmayacağımı bilmirdim. Ancaq komandam həmişə mənə inanırdı. Burda olmaq, mükafatı qazanmaq, bunu həyat yoldaşımın gözü önündə bacarmaq... Hamınızı çox sevirəm”.


Aleksandr Zverev:

“Bu mükafatın yanından durmaq və ona toxunmaq imkanının olmaması – çox pisdi. Yannik, təbrik edirəm, bu qələbəni haqq etdin, sən dünyanın ən yaxşı tennisçisisən, özü də böyük fərqlə. Bu gün daha yaxşı mübarizə aparacağıma ümid edirdim, ancaq sən hədsiz yaxşı oynadın. Komandam sağ olusn. Hər şeyi düzgün etməyə çalışırıq, ancaq mən yetərincə yaxşı oynamadım – bütün məsələ bundan ibarətdi (gülür). Azarkeşlər də sağ olsun, möhtəşəm idilər. Nə vaxtsa bu mükafatı başım üzərinə qaldırıb-qaldırmayacağımı bilmirəm. Ancaq cəhdlərimi davam etdirəcəm. Gələn il görüşərik”.


Yannik Sinner:

“Bu mükafatı ikinci dəfə qazanmaq, sadəcə, qeyri-realdı! Komandama və dünyanın hər yanından məni dəstəkləyənlərə “sağ ol” deyirəm. Aleksandr Zverev də qeyri-adi oyun göstərdi. Monakodakı evim yetərincə kiçikdi, bu üzdən kuboku valideynlərimin İtaliyadakı evində saxlayacam”.


Fakt
Sinner mükafat fondundan 2,2 milyon dollar qazandı. Bununla da karyerası boyunca turnirlərdən qazandığı pulu 39 milyon 448 min 938 dollara çatdıran italiyalı tennisi Karlos Alkarasla (38 milyon 274 min 924 dollar) Sten Vavrinkanı (37 milyon 371 min 131 dollar) arxada qoydu. Bu siyahıda lider Novak Cokoviçdi (186 milyon 235 min 814 dollar).
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri