Icma.az
close
up
RU
Final cütləri bilindi: Zverev Sinner, Sobolenko Kis

Final cütləri bilindi: Zverev Sinner, Sobolenko Kis

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yanvarın 12-də start götürən Avstraliya Açıq Çempionatında artıq finalçılar bəllidi. Amma əvvəlcə 1/4 oyunları ilə bağlı maraqlı məqamlara toxunaq.

Novak Cokoviç 4 setlik mübarizədən sonra Karlos Alkarasın müqavimətini qırdı. Serb ulduzun oyunsonrası fikirləri:

“İlk növdədə Karlosun çıxışına, qıra karyerasında qazandığı uğurlara görə ona heyranlığımı ifadə etmək istəyirəm. Möhtəşəm oğlan, gözəl idmançı, ən gənc 1 nömrədi. Onunla yollarımızın tez-tez kəsişəcəyinə əminəm. Bəlkə də istədiyim qədər tez-tez yox, ancaq bundan sonra hələ uzun illər “Böyük dəbilqə” turnirlərində olacağı dəqiqdi. Bu kortda ən epik oyunlarımdan birini keçirdim”.


Cokoviç bu qələbə sayəsində tennis tarixinə Açıq erada 50 dəfə “Böyük dəbilqə” turnirlərində yarımfinala adlayan ilk kişi tennisçi oldu. Qadınlar arasında usə yalnız amerikalı Kris Evert (52 dəfə) bunu bacarıb.
1/4 finalı uğurla adlayanlardan biri də almaniyalı tennisçi Aleksandr Zverev oldu. 27 yaşlı tennisçi ardıcıl ikinci il yarımfinala çıxmaqla yanaşı, “Australian Open”də fərdi yarışda 30 qələbə həddinə çatan ilk almaniyalıdı.
Arina Sobolenko yarımfinalda Paula Badosanın önündə heç bir çətinlik çəkmədi. Belaruslu tennisçi ardıcıl 3-cü dəfə “Australian Open”də finala çıxdı. Onun 2023 və 2024-cü illərdə bu turnirin qalibi olduğunu da xatırladaq. Arina finalda Medison Kislə qarşılaşacaq. 29 yaşlı amerikalı gözlənilmədən İqa Şventeki məğlub etdi. Kis karyerasında ilk dəfə “Australian Open”in finalında oynayacaq. Ümumiyyətlə, “Böyük dəbilqə” tunirlərindi indiyə qədər bir dəfə finalda görünüb ki, onda da Sloan Stivensə uduzub (2017-ci ildə “US Open”də).
Kişilərin turnirində də finalçılar müəyyənləşdi. Düzdü, Aleksandr Zeverev – Novak Cokoviç görüşü yarımçıq qaldı. Daha doğrusu, ilk setdə uduzan serb ulduz sağlıq durumu əsas gətirərək kortu təkrar etdi. Yeri gəlmişkən, o, Alkarasla 1/4 final görüşündə də sol budunda problem yaşamışdı. Ümumiyyətlə, Cokoviç bunun karyerasında sonuncu “Australian Open” ola biləcəyini dedi.
Mübarizəsiz finala adlayan Zverev həlledici oyunda Yannis Sinnerlə qarşılaşacaq. İtaliyalı tennisçi yarımfinalda amerikalı Ben Şeltonun öhdəsindən gəldi.
Kişilər
1/4 final

Zverev (Almaniya, 2) – Pol (ABŞ, 12) 7:6 (7:1), 7:6 (7:0), 2:6, 6:1
Cokoviç (Serbiya, 7) – Alkaras (İspaniya, 3) 4:6, 6:4, 6:3, 6:4
Şelton (ABŞ, 21) – Soneqo (İtaliya) 6:4, 7:5, 4:6, 7:6 (7:4
Sinner (İtaliya, 1) – De Minaur (Avstraliya, 8) 6:3, 6:2, 6:1
yarımfinal
Zverev (Almaniya, 2) - Cokoviç (Serbiya, 7) 7:6 (7:5) imtina
Sinner (İtaliya, 1) - Şelton (ABŞ, 21) 7:6 (7:2), 6:2, 6:2
Qadınlar
1/4 final

Badosa (İspaniya, 11) – Qauff (ABŞ, 3) 7:5, 6:4
Sobolenko (Belarus, 1) – Pavlyuçenkova (Rusiya, 27) 6:2, 2:6, 6:3
Kis (ABŞ, 19) – Svitolina (Ukrayna, 28) 3:6, 6:3, 6:4
Şventek (Polşa, 2) – Navarro (ABŞ, 8) 6:1, 6:2
yarımfinal
Sobolenko (Belarus, 1) - Badosa (İspaniya, 11) 6:4, 6:2
Kis (ABŞ, 19) - Şventek (Polşa, 2) 5:7, 6:1, 7:6 (10:8)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Yanvar 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri