Icma.az
close
up
RU
Kişi boşandığı qadından aliment tələb edib, həbs etdirmək istədi Qanun nə deyir?

Kişi boşandığı qadından aliment tələb edib, həbs etdirmək istədi Qanun nə deyir?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda kişi boşandığı həyat yoldaşından aliment tələb edir.

Qaynarinfo xəbər verir ki, cütlük qarşılıqlı razılaşma ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək boşanıb. Razılaşmada boşandıqdan sonra qarşı tərəfin ondan aliment  tələb etməyəcəyi əsas şərtlərdən biri olub. Bundan başqa, uşaqlar Bakıda orta məktəbdə təhsil aldığından ana onların atasında qalmasına razılıq verib. Boşanma başa çatan kimi kişi həyat yoldaşını aliment tələbi ilə məhkəməyə verib və ondan ayda 700 manat istəyib. 

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə xanımın üzərinə 300 manat aliment öhdəliyi tələbi qoyulub. Məhkəmənin qərarının yerinə yetilmədiyini, yəni iki ay alimentin ödənilmədiyini görən kişi eks həyat yoldaşından şikayət edərək, onu həbsə atdırmaq istəyir. 

Hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, mövcud qanunvericilikdə aliment uşağa görə ödənilir:


"Əgər uşaq atada qalıbsa, ata anadan aliment tələb edə bilər. Bu uşağın saxlanmasına görə alınır. Necə ki uşaq qadında qalarkən kişidən aliment tələb edir, eyni qaydada kişi də qadından aliment tələb edə bilər. Əgər yuxardakı məsələdə boşanma razılıq əsasında baş veribsə və razılıq məhkəmə qərarı ilə təsdiq edilibsə, kişi qadından aliment tələb edə bilməz. Amma mən ehtimal edirəm ki, belə bir şey yoxdur. Belə olsaydı, məhkəmə heç bir zaman qadına aliment kəsməzdi".

Əkrəm Həsənov qarşılıqlı razılaşmanın şifahi olduğunu vurğulayıb:

"Qanun kişinin tərəfindədir. Kişinin aliment hüququ var və uşağın saxlanması üçün onu tələb edir. Amma hamımız bilirik ki, adətən məhkəmələr boşanma hallarında uşağı anaya verir. Bu işdə bizim bilmədiyimiz nələrsə var. Hər bir halda söhbət alimentdən gedirsə kişinin tələb etmək hüququ var".

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Mart 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri