Bu hallarda aliment ödəmək tələb olunmur QANUN NƏ DEYİR? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Azərbaycanda aliment öhdəliyinin hansı hallarda başa çatması məsələsi valideynlər və aliment alan şəxslər üçün maraq doğurur. Uşağın yetkinlik yaşına çatması, övladlığa götürülməsi və ya aliment alan şəxsin maddi vəziyyətinin dəyişməsi ödənişə təsir göstərə bilər.
Bəs qanunvericiliyə görə, aliment hansı hallarda dayandırılır və kimlər aliment ödəmək öhdəliyindən azad olunur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Toğrul Məmmədov bildirib ki, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə qanunvericilikdə nəzərdə tutulan bir sıra hallarda xitam verilir.
Onun sözlərinə görə, ilk növbədə, uşaq yetkinlik yaşına çatdıqda aliment öhdəliyi başa çatır. Həmçinin aliment ödənilən uşaq başqa şəxs tərəfindən övladlığa götürüldükdə də bu öhdəliyə xitam verilir.
Hüquqşünas qeyd edib ki, aliment alan şəxsin maddi yardıma ehtiyacının aradan qalxdığı və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə də aliment ödənişi dayandırılır.
Bundan başqa, aliment alan və ya aliment ödəyən şəxsin vəfat etməsi də öhdəliyə xitam verilməsi üçün əsasdır.
Toğrul Məmmədovun sözlərinə görə, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac duyan ər və ya arvad yeni nikaha daxil olduqda da aliment ödənişinə xitam verilir.
Beləliklə, alimentin ödənilməsi yalnız tərəflərin razılığı ilə deyil, qanunvericilikdə müəyyən edilmiş hüquqi əsaslar yarandıqda dayandırıla bilər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 05 Noyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















