Icma.az
close
up
RU
Boşanmadan aliment almaq mümkündür Qanun nə deyir? VİDEO

Boşanmadan aliment almaq mümkündür Qanun nə deyir? VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda boşanma zamanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment valideynin rəsmi qazancından faiz dərəcəsi ilə və ya ölkə üzrə müəyyən edilən yaşayış minimumu səviyyəsində sabit məbləğlə hesablanır.

Moderator.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu boşanmadan aliment almaq hüquqi ilə bağlıdır.

Boşanmadan aliment almaq mümkündür?

Ər-arvadın rəsmi nikahda olması valideynin uşağı saxlamaq vəzifəsini aradan qaldırmır. Əgər valideyn uşağın saxlanılmasında iştirak etmirsə, digər valideyn nikah pozulmadan da məhkəməyə müraciət edərək uşaq üçün aliment tələb edə bilər. Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, onlar üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yəni boşanma aliment tələb etmək üçün məcburi şərt deyil.

Bundan başqa, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Əgər tərəflər arasında aliment ödənilməsi barədə saziş yoxdursa və onlardan biri maddi kömək göstərməkdən imtina edirsə, aşağıdakı şəxslər məhkəmə qaydasında aliment tələb etmək hüququna malikdirlər:

- Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

- Əlilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

- Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

- Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 İyul 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri