Icma.az
close
up
RU
Kişi məktəbliyə qarşı intim hərəkətlər etdi TƏFƏRRÜAT KONKRET

Kişi məktəbliyə qarşı intim hərəkətlər etdi TƏFƏRRÜAT KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Abşeron rayonunda 1985-ci il təvəllüdlü Sadiq yetkinlik yaşına çatmayan Fərqanəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.

KONKRET.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə ötən il fevralın 23-də Mehdiabad qəsəbəsində baş verib.

Sadiq həmin gün saat 14:50-də Fərqanəni özünün “Mitsubishi Pajero” markalı avtomobilinə əyləşdirib, qəsəbədəki “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığında neft kəmərinin yanındakı əraziyə, kənar şəxslərin olmadığı yerə aparıb.

Orada avtomobilin salonunda qıza intim hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Sadiqin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

“Evli olduğumu bildirdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, evin pəncərəsindən Fərqanənin ona baxdığını görüb: “Fərqanə ilk dəfə mənə “1 dəqiqə sizi olar” dedi. Onun məndən nə soruşacağına maraq göstərdim.

Qız məndən xoşu gəldiyini və mənimlə tanış olmaq istədiyini bildirdi. Yaşını soruşdum, 11-ci sinifdə oxuduğunu bildirdi. Ona evli olduğumu, imtahanlara hazılaşmalı olduğunu dedim.

Sonra özünə xəsarət yetirəcəyindən, intihar edəcəyindən qorxaraq onunla görüşdüm. Hər görüşdə bu sözləri ona bildirirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Fərqanə ilə görüşəndə onu qucaqlamayıb, görüş barədə ailəsinə məlumat verəcəyini də deməyib: “4-cü dəfə uşaqlarımı hazırlığa qoyandan sonra Fərqanə avtomobilimə əyləşdi, mənimlə söhbət etməyə başladı.

Ətrafda kiminsə görəcəyindən narahat oldum, özüm də avtomobilin arxa oturacağına keçdim. Ona bir daha görüşmək istəmədiyimi bildirdim. Bu zaman bir neçə nəfər bizə yaxınlaşdı.

Avtomobildə qıza qarşı seksual hərəkətlər etməyimlə bağlı həmin şəxslərin söylədikləri yalandır. Dayandığımız yer kənar ərazi deyildi, ətrafda gediş-gəliş vardı”.

“Mənə baxmağı maraq oyatdı”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, Sadiqi bir neçə dəfə uşaqlarını məhəllədəki hazırlığa gətirəndə görüb: “Öncə onun sürücü olduğunu düşündüm. 2023-cü ilin iyul ayında yenidən yaşadığım evin balkonundan çölə baxarkən onu gördüm. Onun da baxmağı məndə maraq oyatdı.

Aşağı düşəndə Sadiqin avtomobilə nəsə etdiyini gördüm. Ona yaxınlaşdım. İlk dəfə bu formada görüşdük.

Görüş əsnasında o, özünü Elmar adı ilə təqdim etdi. Mən də adımın Fərqanə olduğunu, 11-ci sinifdə oxuduğumu bildirdim. Onunla 3-4 dəfə görüşdüm. Söhbət etdikdən sonra yenidən evə qayıtdım.

Bütün görüşlərdə Sadiq özünün evli və uşaqlarının olduğunu bildirib. Buna baxmayaraq ondan xoşum gəlib və ümidlənmişəm”.

“11-ci sinifdə oxuduğumu bildirdim”

Fərqanə qeyd edib ki, 2024-cü ilin fevralın 23-də məktəbdən çıxan zaman Sadiqin avtomobilini məktəbin yaxınlığında görüb:

“Onun maşınında Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyinin arxasında olan boş sahəyə getdik. Arxa oturacaqda oturaraq söhbət etdiyimiz vaxt bir maşın yaxınlıqda saxladı. Bir nəfər avtomobildən düşdü və Sadiq olan tərəfə yaxınlaşdı.

Daha sonra başqa şəxslər də gəldilər. Polis əməkdaşları Sadiqdən şəxsiyyət vəsiqəsini istədilər. O, sürücülük vəsiqəsini təqdim edəndə adının Elmar yox, Sadiq olduğunu bildim. Məndən yaşımı soruşdular, 11-ci sinifdə oxuduğumu bildirdim. Bizi polis bölməsinə apardılar”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Sadiq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, günahsız olduğunu, hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkumun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hökm qüvvədə saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Oktyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri