Icma.az
close
up
RU
Kişi şahmatçılarımızdan heç heçə, xanımlarımızdan ilk məğlubiyyət in İCMALI

Kişi şahmatçılarımızdan heç heçə, xanımlarımızdan ilk məğlubiyyət in İCMALI

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycanın kişi yığması liderləri izləməyə davam edir, xanımlarımız isə cari yarışda ilk dəfə məğlub olub.

İdman.biz-in məlumatına görə, qitə birinciliyində dördüncü turun oyunları başa çatıb.

Bu tur Azərbaycan şahmatçıları üçün qələbəsiz keçib.

Kişilərdən ibarət yığmamız turnirin favoritlərindən biri – Niderland komandası ilə qarşılaşıb. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə nəticələnib. Bununla da Azərbaycan şahmatçılarının aktivində altı xal var və rəqiblərlə 3–9-cu yerləri bölüşür. Lakin əlavə göstəricilərə əsasən, komandamız hazırda siyahıda konkret olaraq beşinci pillədə qərarlaşıb.

Turnir cədvəlinə maksimum səkkiz xalı toplayan Serbiya millisi başçılıq edir. Onlardan bir xal geri qalan Ukrayna komandası ikinci yerdə qərarlaşıb.

Beşinci turda kişi şahmatçılarımız Yunanıstan yığması ilə qarşılaşacaq. Rəqib komanda ötən turda lider serblərə 1,5:2,5 hesabı ilə uduzub. Komandamızda bu dəfə iki turu buraxmış Rauf Məmmədov yenidən meydana qayıdır, Eltaç Səfərliyə isə istirahət verilib. Birinci lövhədə əvvəlki kimi Şəhriyar Məmmədyarov oynayacaq – o, komandada bütün turlarda çıxış edən yeganə şahmatçıdır. Dördüncü lövhədə isə Məhəmməd Muradlı yer alacaq.

Bu arada qadınlardan ibarət Azərbaycan millisi Batumidə ilk məğlubiyyətini alıb – komandamız Almaniyaya 1,5:2,5 hesabı ilə uduzub. Yeganə məğlubiyyəti Gülnar Məmmədova yaşayıb, digər partiyalar isə heç-heçə başa çatıb.

Nəticədə Azərbaycan şahmatçı qadınları dördüncü yerdən yeddinci pilləyə eniblər. Onların aktivində beş xal var. Turnir cədvəlinə səkkiz xal toplayan Polşa və Almaniya yığmaları başçılıq edir.

Beşinci turda qadın komandamız da kişi yığmamız kimi yunanlarla qarşılaşacaq. Məğlubiyyətə baxmayaraq, Gülnar Məmmədova heyətdə yerini qoruyub. Lakin Xanım Balacayeva bu dəfə istirahət alacaq, onun əvəzinə Gövhər Beydullayeva çıxış edəcək. Birinci lövhədə dəyişiklik yoxdur – əvvəlki kimi Ülviyyə Fətəliyeva oynayacaq, dördüncü lövhədə isə Ayan Allahverdiyeva mübarizə aparacaq.

Teymur Tuşiyev

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri