Kişi voleybolçular arasında Yüksək Liqa başlayır
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında mövsümə start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
“Murov Az Terminal” MOİK-lə üz-üzə gələcək. Matç saat 15:00-da başlayacaq.
Daha sonra "Neftçi" və "Azərreyl" münasibətlərə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 17:00-da səsləndiriləcək.
Qeyd edək ki, I tura dekabrın 5-də “Gənclər” - “Xilasedici” oyunu ilə yekun vurulacaq.

