Icma.az
close
up
RU
Kişilər ev işi görməlidirlərmi?

Kişilər ev işi görməlidirlərmi?

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Hər şeydən əvvəl deyək ki, bu sualın konkret bir cavabı yoxdur və ola bilməz də. Yəni, “Bəli, kişilər ev işi görməlidirlər”, - deyə hökm vermək mümkün olmadığı kimi, “Xeyr, kişilər ev işi görməməlidirlər”, - deyə hökm vermək də doğru deyil. Digər tərəfdən, bu işdə ən böyük səhv məsələni tərəflər üçün kompleksə çevirmək və klişeləşmiş düşüncələrin təsiri altında qalmaqdır. Bu cür münasibət evliliyə zərbə vuran ən böyük amillərdən biridir.
Elə isə, “Kişi ev işi görməlidirmi?” sualına belə cavab vermək olar: “Əgər hər hansı bir fiziki problemi yoxdursa, əlbəttə ki, görməlidir”. Ancaq burada mütləq bir məcburiyyətdəm söhbət gedə bilməz. Burada əsas məsələ tərəflər arasında sağlam ünsiyyətin olmasıdır. Yalnız bu vaxt kişi həyat yoldaşına kömək etməkdən zövq ala bilər. Başqa sözlə, kişi bunu bir məcburiyyətdən çox, bəzən bir məsuliyyət, bəzən də bir qarşılıqlı yardım vasitəsi kimi qəbul etməlidir.
Bu məsələdə yol verilən ən böyük səhvlərdən biri də bu məsələnin təzyiq vasitəsinə çevrilməsidir. Ona görə də, əgər bir qadına evdə kömək lazımdırsa, bunu təzyiq vasitəsinə çevirməməli, tələblərini (təbii ki, bu tələblərə aid olan səbəbləri də) konkret bir şəkildə ifadə etməlidir. Beləliklə, kişinin inadkarlıq etmək ehtimalı da aradan qalxmış olar.
Təbii ki, burada hər iki tərəfin gərgin iş həyatını da nəzərə almaq lazımdır. Belə ki, işləyən bir qadının ev işlərində həyat yoldaşının köməyinə ehtiyac hiss etməsi normaldır. Bunun üçün yenə də yuxarıda ifadə etdiyimiz əks münasibətləri bir tərəfə qoymaq və hər iki tərəfin də qəbul edə biləcəyi bir plan qurmaq olar. Əslində, ev işi ilə bağlı məsələlər və ya tərəflərin bu məsələyə münasibəti evlilik ərəfəsində müzakirə edilməli, hətta bu məsələ “evlilik müqaviləsinə” də daxil edilməlidir.
Yeri gəlmişkən deyək ki, heç bir kişi ev işlərində həyat yoldaşına kömək etməklə öz səviyyəsindən aşağı enmiş olmur. Əksinə bu məsələ öz səviyyəsindən yuxarı qalxmağın bir ifadəsidir. Məsələnin başqa bir tərəfi isə valideynlərin oğlan uşaqlarına bəzi vərdişləri qazandırmamalarıdır. Yəni, oğluna evdə heç bir məsuliyyət yükləməyən və “Sən kişisən” deyə bəhanə gətirən valideynlər bu mövqelərindən əl çəkməlidirlər. Əgər tarazlığı qorumağı bacarsanız, oğlan uşaqlarına bu şəkildə məsuliyyət yükləməniz heç bir problem təşkil edə bilməz. Üstəlik, oğlan uşaqlarına aşıladığınız bu vərdişlər gələcəkdə onların ailə həyatına da müsbət təsir göstərə bilər.
Aygün Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 İyun 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri