Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Kişilər ağlamaz?

Kişilər ağlamaz?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövrümüzdə belə bir qəribə tendensiya mövcuddur.

Özünü narahat edən hər bir məsələ səbəbilə məyus olan oğlan uşaqlarına, “ağlama, kişilər ağlamaz”, “məgər sən qızsan ağlayırsan?” deyilir. Oğlanlar bu kəlimələri gah anadan, gah atadan, gah nənə-babadan, gah müəllimələrindən, gah da ətrafdakı tanıdığı və tanımadığı insanlardan eşidir və düşünür ki, əgər bu qədər insan “kişi ağlamaz” deyirsə, deməli ağlamaz və tədricən ağlamağı tərgidir. Uşağın içinə yığılıb qalmış mənfi hisslər bir çox hallarda özünü aqressiya şəklində büruzə verir. Bu dəfə də uşaq “tərslikdə”, “dalaşqanlıqda” “pis uşaq” olmaqda günahlandırılır. Nəticə etibarilə isə cəzalandırılır. Ağlamaqdan və mənfi hisslərini büruzə verməkdən tamamilə məhrum olmuş oğlan uşaqları daim saatlı bombanı xatırladır.

Yeniyetməlik dövründə isə bu vəziyyət kulminativ nöqtəyə çata bilər. İllərlə hisslərini büruzə vermədiyi üçün daxilində yığılıb qalmış mənfi emosiyalar bu dəfə də “yeniyetməlik böhranı” şəklində üzə çıxa bilər. Lakin, bu halda vəziyyət daha da qəlizləşir. Çünki, yeniyetmələr artıq özünü azad, müstəqil fərdlər hesab edir və tərbiyə prosesi çətinləşir. Ailədə heç kəsin onu başa düşmədiyini fikirləşən zavallı oğlanlar təbii şəkildə onu “başa düşən” həmyaşıdlarına meyl edir. Bir vaxtlar valideynlərini ideal hesab edən uşağın gözündə valideynlərin nüfuzu düşməyə başlayır.

Zamanla cəmiyyət anasının və həyat yoldaşının göz yaşlarına biganə qalan kişilərlə dolmağa başlayır. Çünki bir zaman onun da hisslərinə laqeydlik göstərilmiş, göz yaşlarına və onu incidən səbəblərə səthi yanaşılmış və ona hisslərini ağlamaqla büruzə verməyin yaxşı iş olmadığı izah edilmişdi. Hələ üstəlik ona nümunə olan babalarının, atasının, əmilərinin və dayılarının ağlamasını görməmişdi. Gördüyünü götürən oğlan ailə quracaq qədər yetkin yaşa çatdıqda belə təqsirləndirilməyə davam edir, onu çəkinmədən soyuqluda, “daş ürəklilikdə”, qadınlara qarşı biganə olmaqda günahlandırırlar. Həyatında baş verənlərin kökündə nəyin durduğunu bilməyən oğlan özünü problemli sayaraq ən yaxşı halda, ya Rəbbinə üzünü tutaraq “Allahım məni bu sıxıntıdan qurtar” deyərək gizlin-gizlin göz yaşı tökür və ya səbəb olaraq onun psixoloji durumuna müdaxilə edəcək mütəxəssisə müraciət edir və başına gələnləri danışarkən o ki var ağlayır. Ağladıqca illərdir içinə yığılıb qalan mənfi emosiyalar boşalmağa başlayır. Gəncin qəlbi yumşalır. Ona əzab verən hisslərdən qurtulduqca başqalarının hisslərinə qarşı diqqətli olmağa başlayır. Amma bunun əslində niyə baş verdiyindən xəbərsiz olur. Və bir gün onun oğlan övladı dünyaya gəlir. Ətrafdakıların nə dediyini qavramağa başladığı ilk günlərdən atası ona kişiliyin “qızıl qaydasını” öyrədir: “Bax, oğlum, kişilər ağlamaz…”

Qeyd: Böyüyüb müəyyən yaş həddinə çatmış oğlan uşaqlarına “kişilər ağlamaz” prinsipinin aşılanmasında bir qəbahət yoxdur. Əsas məsələ, uşağın ağlamağa ehtiyac duyduğu dövrlərdə bunu məhdudlaşdırmamaqdır.

Müəllif: Xumar Ərşadlı,
Qordon Nyufeld İnstitutunun tələbəsi

Tebiivalideynlik.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri