Icma.az
close
up
RU
“KİŞİLƏRƏ HÜSEYNÇİLƏR, QADINLARA ZEYNƏBÇİLƏR…”

“KİŞİLƏRƏ HÜSEYNÇİLƏR, QADINLARA ZEYNƏBÇİLƏR…”

Icma.az, News24 portalına istinadən məlumat verir.

“Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal bu gün İrandakı "Hüseynçilər" adlana qrupun Azərbaycanın bir sıra xəbər saytlarına haker hücumu ilə bağlı məsələyə münasibət bildirib:

"İrana bağlı proksi qüvvələrin bu gün Azərbaycanın internet saytlarına hücumunu təsadüfi hesab etmək olmaz. Normalda baxsaq, son günlər Azərbaycan və İran rəsmiləri arasında qarşılıqlı səfərlər və ünsiyyətlər artıb. İki gün öncə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov İranda səfərdə idi və İran prezidenti tərəfindən yüksək səviyyədə, böyük nəzakətlə Azərbaycan türkcəsində salamlamaqla qarşıladı. Dünən İranın parlament sədri Bakıda səfərdə idi. Son dövrlərdə demək olar ki, bu səfərlərin intensivliyi artıb. 

Dialoq, işbirliyi, regional və digər sahələrdə bağlı məsələlərin müzakirəsi intensive xarakter alıb. Belə bir şəraitdə nə üçün İranda yuvalanmış Azərbaycana yönəlik terrorçu-bölücü qruplar tərəfindən Azərbaycanın internet saytlarına hücumlar olunub? 

Biz bir məsələni diqqətdən qaçırmamalıyıq. Bu gün Azərbaycan və İran arasında baş verən təmaslar, rəsmi görüşlər bizi yanıltmamalıdır. İran dövləti Azərbaycana qarşı bütövlükdə, sanki dövlət doktrini səviyyəsində qəbul edilmiş siyasət həyata keçirir. Bu siyasət o qədər fundamentaldır ki, dövlət başçıları səviyyəsində, ondan sonrakı ən yüksək səviyyələrdə görüşlər, razılıqlar əldə olunsa belə, İran bu siyasətini Azərbaycana qarşı davam etdirir. Bilirsiniz ki, son dövrlər İranın Yaxın Şərqdə formalaşdırdığı müqavimət oxu deyilən proksi qüvvələr bir-bir sıradan çıxarılır. Bu gün İran təyyarələri Livana buraxılmır. İraqdan Amerika tələb edir ki, İrana bağlı olan polis qüvvələri çıxarılsın. Mən düşünürəm ki, bundan sonra İran Azərbaycana qarşı olan təxribatlarını artıracaq. Bununla bağlı İranın illərlə formalaşdırdığı müəyyən yumşaq güc var. Bu güclər vasitəsilə İran istər mediada, istər sosial şəbəkələrdə, istər cəmiyyət içərisində dini, məzhəbi və tarixi iddialar çərçivəsində bir sıra əsaslar formalaşdırıb və bu əsaslar çərçivəsində Yaxın Şərqdə itirdiyi mövqeləri əvəzini çalışacaq ki Azərbaycanda qaytarsın. Bu gün Azərbaycan saytlarına qarşı həyata keçirilən hücum da bunun ilk göstəricilərindəndir. Bilirik ki, “Hüseynçilər” qrupu son illərdə Azərbaycana qarşı hər cür təxribatla məşğuldur. İran hesab edir ki, məhz Azərbaycan üçün formalaşdırdığı qrup Hüseynçilər qrupudur. Kişilər üçün Hüseynçilər, qadınlar üçün Zeynəbçilər adlı bir format müəyyən ediblər. Azərbaycan xalqının bu gün özünün milli-mənəvi, dini dəyərlərinə, mənsubiyyətinə sədaqəti ortadadır. Amma başqa ölkədən gələn bu çağırılmamış qonaqlara çox həssas yanaşmalıyıq. Xüsusilə informasiya təhlükəsizliyi ilə məşğul olan qurumlar bu məsələlərə çox həssas yanaşmalıdır. Mən bir daha qeyd edirəm ki, Yaxın Şərqdən qovulan İran bütün gücünü məsafə baxımdan özünə daha yaxın olan Azərbaycana yönəldəcək. Düşünürəm, bu cür sürprizlərlə hələ çox qarşılaşacağıq."

Zəhraxanım Şeydayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri