Icma.az
close
up
RU
İqlim dəyişiklikliyinin qadinlara təsiri

İqlim dəyişiklikliyinin qadinlara təsiri

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Canlıların həyat fəaliyyəti, yaşadığımız mühitlə daimi qarşılıqlı əlaqə nəticəsində çoxlu qlobal problemlər meydana çıxır ki, bunlardan biri və birincisi iqlim dəyişmələridir. Bu proseslərin nəticəsində dünyamız ekstremal iqlim hadisələrinin təsirinə məruz qalır, ekosistem pozulur, canlılar aləmi məhv olur, təbii fəlakətlər baş verir. Bu isə bəşəriyyət üçün olduqca təhlükəlidir. Nəticədə xəstəliklər çoxalır, insanlar aclıq, susuzluq, yoxsulluqla imtahan olunur. Qlobal iqlim dəyişmələri dünyanın gələcəyi üçün ciddi təhdidlər yaradır. Dünyanın müxtəlif bölgələrində yanğınlar və sellər, quraqlıq və daşqınlar, ətraf mühitə dəyən ziyan, canlılar aləminin müxtəlif növlərinin nəslinin tükənməsi, temperaturun yüksəlməsi kimi fərqli şəkillərdə təzahür edən bu hadisə dünya əhalisinin həyat keyfiyyətini də aşağı salır.

Aclıq, su çatışmazlığı, epidemiyalar meydana çıxır ki, bundan da daha çox təsirlənən qadınlar olur. Xüsusən bu problemlərdən daha çox əziyyət çəkən zəif inkişaf etmiş ölkələrdə qadınlar ailənin qida, su ehtiyacını ödəməkdə çox böyük çətinliklə qarşılaşırlar. Bu qadınlar içməli su əldə etmək üçün uzaq məsafələr qət edir, həmçinin su çatışmazlığının törətdiyi antisanitariya ayrı-ayrı xəstəliklərin yayılması üçün əlverişli mühit yaradır və nəticədə onların həm özü, həm də ailə üzvləri, övladları xəstəliklərə yoluxur. İqlim dəyişkiliyi qadın sağlamlığına ciddi təhlükələr yaradır. İlk növbədə anaların sağlamlığı təhlükə altına düşür ki, bu da xəstə, əqli və fiziki qüsurlu uşaqların dünyaya gəlməsi ilə nəticələnir. Çünki bu ölkələrdə qadınlar və qızların həyat fəaliyyəti iqlim fəsadlarını təsirinə məruz qalmış yerli təbii resurslardan birbaşa asılıdır.

Həmçinin iqlim dəyişmələrinin nəticəsi kimi temperaturun kəskin şəkildə artması, rütubət də qadın sağlamlığına ziyan vurur, yarımçıq hamiləliklər, erkən doğuşlar mütəmadi hal alır. Öz ailələrinə, övladlarına, yaşlılara qayğı göstərməkdə məsuliyyət daşıyan qadınlar iqlim dəyişikliyinin fəsadlarını və onun yaratdığı çətinlikləri daha çox hiss edirlər. Bu cür həyat tərzi onların fiziki və əqli cəhətdən sağlamlıqlarına təsir göstərir. Ətraf mühitin qadınlara təsiri həm də eyni zamanda birbaşa ölkə iqtisadiyyatına, qida təhlükəsizliyinə və yoxsulluğa təsiri deməkdir. 

Dünayada baş verən bu qlobal böhran tədricən insanların öz yaşayış yerlərini dəyişməsinə gətirib çıxarır. Tədqiqatlar göstərir ki, iqlim dəyişiklikləri nəticəsində öz yaşayış yerindən didərgin düşmüş hər 5 nəfərdən 4-ü qadınlar və qızlardır və bu proses getdikcə daha da sürətlənir. Dünyanın yaşayış səviyyəsi aşağı olan bir çox ölkəsində qadınlar və qızlar miqrasiya prosesində bir sıra çətinliklərlə üzləşir, erkən nikahlar, qadın alveri, eyni zamanda işsizlik nəticəsində ciddi fəsadlar ortaya çıxır.

Azərbaycan Qafqazda iqlim dəyişikliklərinin təsirinə ən çox məruz qalan bölgələrdəndir. Ölkəmizdə də su qıtlığı problemi mövcuddur və günü-gündən daha da artır. Bu da qadınlarımızın həyatına birbaşa təsir edir. Həm suvarma suyu, həm də içməli su resurslarının azlığı təsərrüfata ciddi təsir göstərir və qadınlarımızın əməyini xeyli çətinləşdirir, onların məşğulluğu ilə bağlı problemlər ortaya çıxır. Məişətdə istifadə olunan içməli suyun əldə olunması üçün qadınlarımızın üzərinə böyük yük düşür. Bundan qaynaqlanan sağlamlıq riskləri də günü-gündən artır, eyni zamanda bu, qadınların iş həyatı, təhsil və sosial fəaliyyətdən geri qalmalarına gətirib çıxarır. Kür ətrafında yerləşən ərazilərdə əhalinin əsas su mənbəyi Kür çayıdır və onlar həmin suyu təmizləmədən istifadə edirdilər. Bu isə daha həssas olan qadın və uşaqlar üçün müxtəlif sağlamlıq probleminin yaranmasına səbəb olur. Ölkə ərazisində su ehtiyatlarının məhdudluğu problemi ilə əlaqədar onlardan səmərəli istifadə olunması, su mənbələrinin çirklənməsinin qarşısının alınması və əhalinin keyfiyyətli içməli su ilə lazımi səviyyədə təmin edilməsi dövlətimizin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Həmçinin transsərhəd çayların mənfur qonşularımız tərəfindən çirkləndirilməsi, mövcud su ehtiyatlarından qeyri-rasional istifadə məsələləri məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının mühafizəsinin təkmilləşdirilməsini, məqsədyönlü və səmərəli istifadəsini tələb edir. Qadınlarımız da bu proseslərin bilavasitə iştirakçısıdırlar.

Baxmayaraq ki, bu gün ölkəmizdə qadınlar iqlim fəaliyyətinin ön sıralarındadırlar, onlar iqlim fəalları kimi liderlik nümayiş etdirirlər, təşəbbüslər irəli sürürlər, lakin dünyanın bir çox ölkəsində bu hərəkatda qadınların iştirakı xeyli zəifdir. Araşdırmalara əsaslansaq, deyə bilərik ki, iqlim məsələləri ilə bağlı kişilərin qərar qəbuletmə faizi 67 olduğu halda, qadınların burada təmsil olunması 30 faizdən yuxarı deyil. Həmçinin də qadınların rəhbərlik etdiyi iqlim hərəkatlarının maliyələşməsi də kişilərə nisbətən aşağı səviyyədədir. Halbuki qadınların bu hərəkatda fəal iştirakı və liderliyi daha yaxşı nəticələrin əldə olunmasına imkan verər.

Dünyada, o cümlədən ölkəmizdə ətraf mühitin qorunmasında qadınların rolu danılmazdır. Onlar iqlim çağırışlarının həllində davamlılıq, innovasiya və liderlik nümayiş etdirirlər. Qadınlar dünyada qida istehsalının yarısını həyata keçirirlər. Bu zaman isə təbiətə ziyan vermədən işləmək, torpağa imkan daxilində az zərərli maddələr ötürməklə, meşələrin, biomüxtəlifliyin qorunması məsələlərinə daha həssas yanaşırlar. İqlim dəyişmələrinin ekstremal nəticələrinə qarşı onlar daha cevikdirlər. Baş verən hadisələrə ilk müdaxilə edən, ilk yardım göstərən, adətən, qadınlar olur. Onlar tullantıların minimuma endirilməsi, qidalanmada təbii məhsullara üstünlük vermək, ev təsərrüfatında su və elektrik enerjisinə qənaət etmək məsələlərində çox həssasdırlar. Dünya təcrübəsi göstərir ki, qadınların fəal olduğu cəmiyyətlərdə iqlim fəaliyyətiləri daha əhatəli həyata keçirilir. Məsələn, parlamentdə qadınların say nisbəti yüksək olan ölkələrdə ərtaf mühitlə bağlı beynəlxalq müqavilələr daha çox ratifikasıya edilir. Həmçinin belə ölkələrdə iqlim siyasəti daha məqsədyönlü həyata keçirilir. Müasir dünya üçün olduqca aktual olan bərpaolunan enerji sektorunda da qadınların rolu danılmazdır. Əgər bütün dünya üzrə neft və qaz sektorunda işləyənlərin 22 faizini qadınlar təşkil edirsə, bərpaolunan enerji sahəsində bu, 40 faiz təşkil edir. Bu da onu deməyə əsas verir ki, iqlim dəyişikliyi, qlobal istiləmə ilə mübarizədə qadınlar və qızlar əsas qüvvədirlər və bu güclü potensialdan lazımınca istifadə faydalı nəticələr verə bilər.      

Əgər dünya hər birimizin evidirsə və biz onun bərabərhüquqlu sakinləriyiksə, onda qadınların da bu sahədəki rolunu artırmaq, onları daha fəal şəkildə problemin həllinə cəlb etməklə daha uğuru nəticələr əldə etmək mümkündür.  
Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri