Icma.az
close
up
RU
Kitab təkcə keçmiş deyil, həm də gələcəkdir

Kitab təkcə keçmiş deyil, həm də gələcəkdir

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Tarixdə bəşər həyatını dəyişən, insanın məişətində ciddi redaktələr edən möhtəşəm kəşflər var. Odun kəşfi, çörəyin kəşfi, kağızın kəşfi, kitabın kəşfi, mühərrikin kəşfi, elektrikin kəşfi, radionun icad edilməsi, telefonun ixtira olunması, televizorun insan həyatına girməsi, bəşərin kosmosa ayaq açması... və nəhayət, kompüter texnologiyası. Xüsusilə də, sonuncunun, yəni kompüter texnologiyasının kəşfi insan həyatına o qədər ciddi təsir göstərib, o qədər dəyişikliklər edib ki, artıq hər səhər yeni bir şey eşitməyə adət etmişik. Hətta, bir çoxumuz texniki imkanlara yetişməkdə belə ciddi çətinliklər yaşayırıq. Elə bu sürətli yenilənmələrin fonunda həyatımızın kitab kimi çox mühüm amili müvəqqəti də olsa, axra plana atılır. Ancaq bir həqiqət də var ki, həyat nə qədər yenilənirsə-yenilənsin, mühit nə qədər dəyişirsə-dəyişsin, yemək bədənimizin, oxumaq isə ruhumuzun ehtiyacı olaraq qalacaq. Ona görə də, həyatımızda kitaba daha geniş yer ayırmalı, onunla davranışı tərbiyə vasitəsinə çevirməli, gələcək nəsillərə kitab sevgisi aşılamalıyıq.
Kitabların anası
Qurani-Kərim Allahın (c.c.) bəşər oğluna göndərdiyi kitabdır. Quran həyat rəhbəridir, ən gözəl təlimlər toplusudur, ən gözəl bilgilər məcmusudur. Qurani-Kərimə qədər də Allah Adəm oğluna kitablar göndərdi və hər birində həqiqəti necə kəşf etməyi öyrətdi. Ona görə də, kitab anlayışında bir ucalıq, bir müqəddəslik var. Min ildən artıqdır ki, İslam aləmində kitab dedikdə ilk olaraq ağla Quran gəlir. Quran bütün kitabların anası, müsbət elmlərin məcmusudur.
Oxumaq düşünməyi öyrədir
Quran insanı oxumağa və düşünməyə dəvət edir. Oxumaq və düşünmək əslində insanın mənəvi dünyasının formalaşmasında iki ən mühüm amildir. Elmi əsaslarla isbat edilib ki, bir kitabı oxumaq bir filmə tamaşa etməkdən daha çox düşüncə materialı verir. Sən bir filmə baxanda istər-istəməz rejissorun, operatorun, rəssamın və daha kimlərin ortaq düşüncəsinin məhsulu kimi ortaya çıxmış qənaətə, nəticəyə tamaşa etmiş olursan. Yazını oxuyanda isə artıq nə rejissor var, nə operator var, nə rəssam var, nə də bir başqası… Sənin şəxsi təfəkkürün, şəxsi təxəyyülün. şəxsi düşüncən onların hamısını əvəz edir. Oxumaq düşünməyi inkişaf etdirdiyi kimi, düşünmək də sənin təxəyyülünü genişləndirir, fantaziyanı gücləndirir.
Oxumaq nitqi gözəlləşdirir
Adam var, səslə oxuyur, adam da var, ürəyində oxuyur. Kitab oxumağın ən mühüm faydalarından biri də nitqin inkişafına güclü təsir göstərməsidir. Əgər başqalarına mane olmursunuzsa, səslə, özü də qiraət qanunlarına uyğun oxuyun. Gözünüz yazıya baxdıqca siz həm yeni sözlər öyrənəcək, leksik imkanlarınızı genişləndirəcək, həm də nitq qabiliyyətinizi gücləndərəcəksiniz. Hər hansı mətni qiraətlə oxumaq adamın nitqini gözəlləşdirir. Mətndə vurğunun yerinin dəqiqləşdirilməsi və oxu zamanı irəli sürülən məsələnin xüsusi olaraq qabardılması nitqin aydınlaşmasında və tələffüzün gözəlləşməsində çox mühüm amillərdəndir.
Fikrin qısa və dolğun ifadəsi üçün bədii ədəbiyyat oxumaq çox faydalıdır.
Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, on yaşına qədər uşaqlara nağıllar, hekayələr, bir sözlə, fantaziyanı, təxəyyülü inkişaf etdirən mətnlər oxutmaq bir tərəfdən onun söz ehtiyatını artırırsa, bir tərəfdən də düşüncə üfüqlərini genişləndirir. Təkərləmələr, düzgülər, sanamalar isə hər şeydən əvvəl dəqiq və sürətli nitqin formalaşmasına xidmət edir. Xalqın ruhundan, yaddaşından süzülüb gələn bu nəzm parçaları oxuyana milli duyğular aşılayır.
Nəyi oxumaq, nəyi oxumamaq...
Oxunan mətn istər-istəməz oxucuya müəyyən qədər təsir göstərir, əgər oxucu hələ dünyagörüşü tam formalaşmamış bir yeniyetmə və ya bir uşaqdırsa, məsələnin aktuallığı daha da artır. Elə mətnlər var ki, yeniyetmənin fikrini qarışdırır, onun qəti qənaətə gəlməsinə mane olur.
Bəzən də uşaq oxuduğu materialın səmimiliyinə inanmır, orada yazılanların real həyatla uzlaşmadığını yaxşı bilir. Ona görə də, uşaq üçün oxu materialı seçərkən ciddi götür-qoy etmək, hansı mətnin hansı qənaət və ya nəticə doğuracağını irəlicədən təxmin etmək lazımdır. Çünki uşaq oxuduğu mətni qəbul etmirsə, bu münasibət nəticə etibarilə sizə də yönələcək. Yeniyetmə daha çox azadlıq duyğusu, həyat sevgisi aşılayan mətnlər oxumalıdır, ideoloji mahiyyət daşıyan yazılar, anlaşılması çətin materiallar uşağı kitabdan bezdirə bilər.
Əvvəl kitabını oxu, sonra filminə bax!
Sizə maraqlı bir təklif deyək: Uşaq hansısa bir macəra əsərini və ya hansısa bir romanı oxuyub qurtarandan sonra əgər varsa, ona həmin əsərin kino variantına baxmaq imkanı verin. Uşaq öz təxəyyülünün kino variantı ilə nə qədər uyğun gəlib-gəlmədiyini araşdırsın. Başqa sözlə, rejissorun təxəyyülü ilə öz təxəyyülünü müqayisə etsin. Əmin olun ki, sizin bu eksperimentiniz uşağınız üçün çox faydalı olacaq. Çalışmaq lazımdır ki, uşaq televizordan, kompüterdən, telefondan daha çox kitaba baxsın. Çünki görmə yaddaşı heç vaxt oxuma yaddaşı qədər təsirli (həm də dərin) ola bilməz.
Kitab - mədəniyyətdir
Bugünkü gənclik bütün elmi işlərini kompüterin verdiyi imkanlarla həll edir, istədiyi mətni internetdə tapıb oxuyur. Bu gün kompüter həyatımızın ayrılmaz bir hissəsidir. Ancaq bu o demək deyil ki, yüz illərdən bəri bəşəriyyətin istifadə etdiyi kitab anlayışı artıq tarixə gömülməlidir. Kitab hələ uzun müddət insanın xidmətində olacaq. Ola bilsin ki, şəkli, forması müəyyən qədər dəyişsin, ancaq olacaq.
Kitab - mədəniyyətdir və mədəniyyət daşıyıcısı olan kitab oxucusuna mədəniyyət aşılayacaq. Ona görə də, uşaqlara kitabla davranmaq vərdişi aşılamaq, onlarda oxumaq vərdişini inkişaf etdirmək lazımdır.
Tərbiyə məsələsində də kitablar sizin ən yaxın köməkçiniz ola bilər. Ancaq diqqətli olmalı, doğru seçim etməlisiniz, yoxsa doğru nəticə əldə edə bilməzsiniz.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 Avqust 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri