Icma.az
close
up
RU
KİTAB YADDAŞDIR! Etibar Əliyev yazır

KİTAB YADDAŞDIR! Etibar Əliyev yazır

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Etibar ƏLİYEV

6 sentyabr – Beynəlxalq Kitab Oxuma Günüdür.

Yeniyetmə və gənc yaşlarımızda oxuduqlarımız kitabları indi də xatırlayırıq. Oxumaq növbəsi yaradırdıq. Tələsdirirdik bir-birimizi. Tələbə vaxtı mən kitab növbələrinə rast gəlirdim. Elə həmin illərdə bir neçə seriyadan çıxan kitabları toplayırdım. Onlardan biri də “Kimya və həyat” seriyası idi. Həmin seriyadan olan kitablardan qeydlər aparırdım. Elə bu əlamətdar gündə həmin qeydlərin birini paylaşıram... 

Böyük Amerika yazıçısı Ayzek Azimovun 1989-cu ildə IBM üzrə mütəxəssislərin Konfransında günümüzlə səsləşən məşhur çıxışı var: “Mən çalışacağam ki, ideal informasiya - axtarış sistemini təsvir edim. Bundan hamı, hətta bunun haqqında informasiyası olmayan şəxslər də istifadə edə biləcəklər. Bu portativdir və onu özümüzlə gəzdirmək mümkün olacaq. Onun üçün kənardan heç bir qidalandırıcı vasitə tələb olunmayacaq. Onun daşıdığı informasiya hətta onu şəbəkədən ayırsan belə əbədi olaraq qalacaq.” Auditoriya təəcüb içində idi. Böyük yazıçı dərindən nəfəsini dərib davam etdi: “Yəqin ki, siz anladınız: söhbət əlbəttə ki, sadəcə kitabdan gedir. ”

Qədim müdriklərdən tutmuş müasir yazıçıların əsərləri bizə kitab vasitəsilə gəlib çatıb. Kitab bütün dövrlərin bilik mənbəyi olub və İnformasiya Kommunikasiya Texnologiyalarının bizə təklif etdiyi elektron vəsaitlər də kitabı sıradan çıxara bilmədi. Böyük filosof və yazıçı Umberto Ekonun “Ədəbiyyat haqqında” əsərində kitab və kitabxana haqqında fikirləri geniş yer alıb: “Rable və Servantesin kitabxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik, ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə də onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır”. Azərbaycanda da tamamlanmamış, sonsuz kitabxana sahibləri olan yazıçı və alimlərimiz olub. Azad Mirzəcanzadənin, Qorxmaz Quliyevin, Rəhman Bədəlovun, Yusif Rüstəmovun, Fazil Mustafanın, Cəmil Quliyevin, Cəmil Əhmədlinin kitabxanası...

Mən görkəmli alimlərin, yazıçıların, sənətkarların ölümündən sonra əlyazmaları və kitablarının bayıra tullanmasının şahidi olmuşam. Çünki onların varisi yoxdur. Böyük alimlərin, yazıçıların kəşflərinə və gözəl əsərlər yaratmaqlarına səbəb babaları və atalarından qalma kitabxana olub.

Kitab özü ilə iki məşhur obraz yaradıb: Bibliofil və bibliomaniya.

Bibliofil - kitabın məzmununa baxmadan kitabı sevir. Əlbəttə ki, elə bibliofillər var ki, kitabları tematika üzrə toplayır, hətta onları oxuyurlar. Kitab oxumağı sevənlər və alimlər çox vaxt oxuduqları kitablarda onların marağını cəlb edən fikirlərin altından xətt çəkir, yaxud onları işarələyirlər. Belə kitablar başqalarının əlinə düşəndə özündən əvvəlki oxucunun zövqünə bələd olur. Mən kitabxanasını satan bir alimin kitablarının bir neçəsində bu işarələmələri və qeydləri görmüşəm.

Bibliofillə bibliomaniyanın fərqi nədədir? Onların fərqini anlamaq üçün dünyanın ən nadir kitabı ilə bağlı əhvalata nəzər yetirək. Fərz edək ki, bu Qutenberqin Bibliyasıdır. Bunun axırıncı nüsxəsini 1987-ci ildə bir yapon 7 milyard lirə almışdır. Biblioman bu kitabı sirrli şəkildə saxlayacaq, onu heç kimə göstərməyəcək, təklikdə götürüb vərəqləyəcək və özünü xoşbəxt hiss edəcək. Bibliofil isə istəyir ki, onun kitabxanasını çox adam görsün.

Umberto Ekonun məşhur fransız yazıçısı, tarixçi, ssenarist, Fransa kinematoqrafiyasının patriarxı Jan-Klod Karyerlə dialoqu bestsellerdir. "Kitabdan yayınmağa cəhd etməyin!" kitabında onlar olduqca maraqlı dialoq aparırlar. Biz kompüterin ekranından, mobil telefondan oxumağa vərdiş etmişik. Ekrandan oxumaq kitabı əvəz edəcəkmi? Biz bu kiçik ekrandan istifadə etməklə itiririk, yoxsa qazanırıq! Bu iki mütəfəkkirin gəldiyi qənaət budur: e-book kitabı sıradan çıxara bilməyəcək. Qutenberqin dahiyanə ixtirası əlyazmaları, kino - rəssamlığı öldürə bildimi? Yaxud televiziya kinonu sıradan çıxara bildimi? Onların hər ikisi deyir: "Kitabdan qurtulmaq mümkün deyil!”

İndi şəxsi kitabxanalarının kəmiyyəti və keyfiyyəti ilə müqayisə aparanların sayı çox azdır. Hətta əlində kitab olan adama elə də yaxşı baxmırlar. Böyük şəhərlərimizdə bukinist mağazaları demək olar ki, yoxdur. Kitab Passajı, Kitab evi, siyasi ədəbiyyat, bədii ədəbiyyat, texniki və təbiət elmləri kitab mağazalarının mövcudluğunu bir necə nəfər xatırlaya bilər. Biz kitabı unutmaq yolunu tutmuşuq, lakin buna baxmayaraq uşaqlara və gənclərə kitabı təlqin etməliyik. Ancaq necə? Gərək kitabdan baş çıxaraq ki, təlqin də edək! Kitabı sevək ki, onu sevdirək! Bütün ölkənin kitabsevərləri, birləşin və kitabı təbliğ edin!

Təsadüfi deyildir ki, dünyada universitetlərin reytinqində əsas indikatorlardan biri kitabxanadır. Homo Legens-“Oxuyan İnsan” mənasını verir. Kitab vasitəsilə bəşəriyyətə böyük töhfələr verənlərin isimlərini saymaqla qurtarmaq mümkün deyil. Kitab bilik mənbəyi kimi hələ min illərlə öz dəyərini qoruyub saxlayacaq.

Kitab köməyimiz olsun...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see347

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see252

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see245

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see222

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see221

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see206

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see202

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see177

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see173

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see164

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see164

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see160

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see159

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see158

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see156

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see155

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see151

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri