Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tahir Salahov bənzərsiz sənətkar

Tahir Salahov bənzərsiz sənətkar

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalq rəssamı Eldar Mikayılzadə: “Heç bir dəqiqə çəkmədən elə gözəl bir portret yaradıb ki, bütün Montmartre onu alqışladı”

Bu gün Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahovun vəfat etdiyi gündür.

Tahir Salahov bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb.

Tahir Salahovun sənətinə və üslubuna baxanda sizin üçün ən təsirli xüsusiyyəti nədir?

Tahir Salahovla bağlı xatirələrini bizimlə bölüşən xalçaçı rəssam, Azərbaycan xalq rəssamı Eldar Mikayılzadə Bizimyol.info xəbər portalına bildirib ki, istəsək də, istəməsək də, onun yaradıcılığından bəhrələnmişik.

Eldar Mikayılzadə deyib: “Tahir Salahov həqiqətən dünya miqyasında tanınan, Azərbaycan təsviri incəsənətinə və mədəniyyət tarixinə böyük töhfələr vermiş sənətkardır. Biz hamımız, istəsək də, istəməsək də, onun yaradıcılığından bəhrələnmişik. Bizim onunla birgə işlərimiz də olub, bir əsər üzərində birlikdə çalışmışıq. Tələbəlik illərində mən ona demişdim ki, “biz sizin fəhlələrin, neftçilərin, işdən qayıdan insanların hərəkətlərini, ayaqqabı sürətlərini müşahidə edib öyrənirdik”. Doğrudan da, o dövrdə bu insanların həyat tərzini, hərəkətlərini o qədər müşahidə edib öyrənmişdik ki, onların obrazlarını və fraqmentlərini sanki yaddaşımıza köçürmüşdük.

Yəni biz onun sənətindən çox şey öyrənmişik və onun yaradıcılığından bəhrələnmişik. Tahir Salahovun yaradıcılığının ən böyük cəhəti müasirlikdir - müasir baxışdır. Hər bir rəssam bir obyekti, bir natürmortu və ya bir səhnəni təsvir edərkən oradakı maraqlı detalları seçir, artıq elementləri çıxarır və əsas məqamları ön plana çəkir. Məhz bu yanaşma onun üslubunu formalaşdırır. Hər bir rəssamın öz baxış tərzi və üslubu olur”.

Eldar Mikayılzadə deyib ki, Tahir Salahov gənc olmağıma baxmayaraq, mənə hörmət və sayğı ilə yanaşırdı: “Tahir Salahov hər bir predmetdə, hər bir təbiət mənzərəsində onun əsas nöqtələrini, vacib məqamlarını və detallarını seçib ön plana çıxaran, sadəliklə çox zəngin və dərin mənalar ifadə edə bilən bir rəssam idi. O, nəinki Azərbaycan, həm SSRİ, həm də dünya rəssamlıq sənətində özünəməxsus yer tutub. Onun müasirliyi, predmetə baxış tərzi və rəssamlıqda cizgi dəqiqliyi, heyranedici dərəcədə incə işləməsi məni hər zaman heyran etmişdir.

Ortaq işimiz olan “Dədə Qorqud” əsəri üzərində çalışmışıq. Tahir müəllimlə həmin prosesdə onun rəssama münasibətini yaxından gördüm. Gənc və təcrübəsiz olmağıma baxmayaraq, mənə böyük hörmət və sayğı ilə yanaşırdı. Gənc olsam da, təcrübəm az olsa da, məni qiymətləndirir, ruhlandırır və həvəsləndirirdi”.

Eldar Mikayılzadə həmçinin deyib: “Onun geyimi və ümumi geyim tərzi həmişə çox mədəni, səliqəli və rəsmi olurdu. Sanki bir dövlət xadimi kimi görünürdü, rəsmi və ciddi geyinməyi xoşlayırdı.

Bir dəfə Parisdə, yaxın adamla birlikdə Montmartredə gəzirdi. Orada Parisin rəssamları parkın içində işləyir, öz əsərlərini çəkir və satırlar. Tahir Salahov maşından düşdü. Görünüşü də sanki bir nazirə oxşayırdı.

Bu zaman bir gənc rəssam yaxınlaşıb deyib ki, “icazə verin, sizin mənalı baxışlarınız və ifadəli simanız var, portretinizi işləmək istəyirəm”. Əvvəlcə elə düşündü ki, qarşısındakı ya dövlət xadimidir, ya da yüksək vəzifəli qonaqdır. Çünki ağlına gəlməzdi ki, o, böyük bir rəssamdır.

Sonra Tahir müəllim xanıma dedi ki, vaxtı yoxdur. Amma orada olanlar xahiş etdilər ki, heç olmasa beş dəqiqə vaxt ayırsın və portreti çəkilsin. Tahir müəllim kömürü əlinə alıb xanıma deyib: “Sən otur, mən sənin portretini işləyim”.

Hamı təəccübləndi ki, bu şəxs kimdir ki, birdən-birə portret çəkməyə başladı. O, xanımın portretinə baxaraq kömürlə çox qısa müddətdə dəqiq cizgilərlə işləməyə başladı. Heç bir dəqiqə çəkməyib elə gözəl bir portret yaratdı ki, bütün Montmartre onu alqışladı. Bu qədər dəqiqliyi ilə qısa bir müddətdə gözəl portret işləmək heç kimin ağlına gəlməzdi”.

Xatırladaq ki, bu gün dünya şöhrətli rəssam Tahir Salahovun vəfat etdiyi gündür. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 May 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri