Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Kitaba sədaqət formulu: tarix və müasirlik vəhdətdə

Kitaba sədaqət formulu: tarix və müasirlik vəhdətdə

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Şahanə MÜŞFİQ

Kitabxanalar insanın səssiz dostları olan kitablarla görüşdüyü, dərdləşdiyi, sanki zamanın ləngidiyi, bütün dünyanın bir anlıq susduğu möcüzəvi məkanlardan biridir.

Təəssüf ki, sürətlə yenilənən texnologiya günümüzdə kitabxanaların da rolunu bir qədər azaldıb, ekrana aludə cəmiyyət kitab səhifələrindən, kitabxana rəflərindən uzaq düşüb. "525-ci qəzet"in bu layihəsi oxucular, xüsusən tələbə-gənclər üçün vacib bir xatırlatma, yenidən kitabxana adlı doğma məkana üz tutmağa çağırış məqsədi daşıyır.

Bu gün kitabxanalar təhsil müəssisələrinin nəzdində də öz dəyərli ömrünü yaşayır. Əlbəttə, onların sakinləri daha çox tələbələr, müəllimlər və tədqiqatçılardır. Layihəmiz üzrə növbəti ünvanımız Azərbaycanın ilk ali təhsil ocağı olan və 107 ildir ki, öncüllüyünü qoruyub saxlayan Bakı Dövlət Universitetinin Elmi Kitabxanasıdır. Həmsöhbətimiz və bələdçimiz Elmi Kitabxananın direktoru, İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılovadır. Onunla söhbətimizə lap əvvəldən - universitetlə birgə yaranan bu qədim kitabxananın tarixindən başladıq.

107 illik tarixi yol...

"Bildiyiniz kimi, Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 107 yaşlı Universitet müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirib. Bakı Dövlət Universitetinin əsas strukturlarından biri olan Elmi Kitabxana da universitetin təsis edildiyi tarixdə, 1919-cu ildə təşkil olunub. Həmin dövrdə kitabxana fondu ianələr, hədiyyələr hesabına formalaşıb. O zaman universitetin yeni yaranan iki fakültəsindən biri Tibb fakültəsi olduğundan, Mixaylov və Sabunçu xəstəxanalarının kitabxanasının çox qiymətli tibbi ədəbiyyat fondu universitet kitabxanasına hədiyyə olunub. Beləcə, kitabxanamızın fondu günbəgün böyüyərək bu zamana kimi gəlib çıxıb.

Hazırda kitabxanamızın fondu 2 milyon yarıma yaxın nəşri əhatə edir. Xüsusilə qeyd etməliyəm ki, kitabxana fondunun zənginliyinə görə respublikamızda M.F.Axundov adına Milli Kitabxanadan sonra ikinci yerdə durur. Fondumuz unikal nəşrlərlə zəngindir. Fondun tərkibi Azərbaycan, ingilis, rus, alman, fransız, türk, ərəb, fars və sair dillərdədir. Elmi Kitabxana universitetin tələbə, magistrant, doktorant və professor-müəllim heyətinə, yəni 25 mindən artıq oxucu kontingentinə, Azərbaycanın digər elmi müəssisələrindən və xarici ölkələrdən olan oxuculara da xidmət göstərir.

Elmi Kitabxana BDU-nun 5 ayrı binasını əhatə edir. Kitab mübadilə fondunun olması digər kitabxanalarla həm kitab mübadiləsinə, həm də metodik mərkəz kimi kitab bağışlamalarına imkan verir.

BDU-nun Elmi Kitabxanası respublikamızda yeganə kitabxanadır ki, 1953-cü ildən nəşrə başlayan və dünyada aparılan elmi tədqiqatların nəticələrini əks etdirən referativ jurnalları alıb. Elmi Kitabxana fondunun zənginliyinə, maddi-texniki bazasına, yüksək ixtisaslı kadrlarına, xidmət mədəniyyətinə və sair göstəricilərinə görə hələ 1971-ci ildə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin müvafiq əmri ilə Azərbaycan ali məktəb kitabxanalarının metodiki mərkəzi olub. 1974-cü ildə kitabxanaya Elmi Kitabxana statusu verilib".

Təbii ki, bu qədər böyük bir universitetin kitabxanasının işi də daha geniş və mürəkkəb tərkibdə qurulub. BDU Elmi Kitabxanasının özünəməxsus cəhətlərindən biri ənənə ilə müasirliyin vəhdətdə olmasıdır. Kitabxananın geniş, işıqlı, gözoxşayan, insana hələ ilk baxışdan rahatlıq və hüzur vəd edən oxu zallarında belə bu vəhdət özünü göstərməkdədir. Bir tərəfdə oxucular kitab vərəqləyərkən digər tərəfdə kompüter arxasında istədiyi nəşrin elektron versiyasının axtarışı ilə məşğuldur.

Belə bir kitabxananın strukturu da mürəkkəb və çoxşaxəlidir. Nigar xanım deyir ki, Elmi Kitabxana öz fəaliyyətini Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" qanunundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Bu gün rektor Elçin Babayevin Elmi Kitabxananın fəaliyyətinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, kitabxana özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Universitet rəhbərliyi Elmi Kitabxananın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə daim struktur islahatları aparır. Hazırda kitabxanada 4 şöbə və 2 sektor var. Maraqlıdır ki, şöbə və sektor adları da günümüzlə səsləşir: İnformasiyanın emalı və sənəd dövriyyəsinin təşkili şöbəsi; Kitabxana-informasiya resurslarının idarə edilməsi və xidmətin təşkili şöbəsi; Metodiki iş və əməkdaşlıq şöbəsi; Elektron kitabxana şöbəsi; İnformasiya resursları və İnformasiya xidmətləri sektorları.

Həmsöhbətimin sözlərinə görə, Elmi Kitabxananın elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abonementi var və 8 oxu zalından 500-dən çox oxucu eyni vaxtda istifadə edə bilər: "Oxuculara xidmət işinin təşkilində, oxucu tələbatının ödənilməsində kitabxanada mövcud olan informasiya və soraq-biblioqrafiya fondunun böyük rolu vardır. Respublikamızda ən böyük məlumat-biblioqrafiya aparatına və mükəmməl kataloq sisteminə malik olan kitabxana təkcə universitet kollektivinə deyil, demək olar ki, respublikamızda elmi-tədqiqat işi ilə məşğul olan bütün tədqiqatçılara xidmət göstərir. Kitabxananın soraq-biblioqrafiya aparatında jurnal və qəzetlərdə dərc edilmiş məqalələrin kartotekası da vardır ki, onlar oxucular üçün ən qiymətli informasiya mənbəyidir".

Nadir kitabların canlı nəfəsi arasında...

107 illik nəhəng bir tarixə malik kitabxanada nadir kitablara rast gəlməmək mümkünsüzdür. Nigar xanımın da qeyd etdiyi kimi, Elmi Kitabxananın nadir və qiymətli nəşrlərin xüsusi şüşə altında qorunduğu çox maraqlı və gözoxşayan bir oxu zalı da var. Bu zala daxil olan andan özünü tarixin əlçatmaz, ünyetməz dərinliklərinə baş vurmuş kimi hiss edirsən. Hər tərəfdən tarix qoxulu nüsxələr, əlyazmalar, qəzet və jurnallar üzünə gülümsəyir, içində yazılan əlifbanı anlaya bilməsən də, sanki səninlə söhbətə başlayır.

Gözlərim bir kitabdan digərinə keçərkən, barmaqlarım həqiqi dəridən hazırlanmış üz qabıqlarına, qızıl suyu ilə yazılmış mətnlərə sığal çəkərkən bir tərəfdən Nigar xanımın verdiyi məlumatları da diqqətlə dinləyirəm: "Elmi Kitabxananın Nadir kitablar və əlyazmalar fondunda Cənubi Qafqaz və Şərq ölkələrinin ədəbiyyatına, tarixinə, mədəniyyətinə, incəsənətinə və coğrafiyasına aid Azərbaycan, rus, ərəb, fars, türk, ingilis, fransız, alman, özbək, urdu və digər dillərdə nadir nüsxə kitab, jurnal və 96 nüsxə qiymətli əlyazmalar saxlanılır. Elmi Kitabxananın balansında olan əlyazmalar və qiymətli nəşrlər kitabxananın ümumi fondunda deyil, universitetin əsas tədris binasında yerləşən nadir kitablar və əlyazmalar oxu zalında şkaf və rəflərdə qoruyucu şüşə altında mühafizə olunur. Bu nümunələrin günəş işığı və rütubətdən qorunmasına xüsusi diqqət yetirilir. Buradakı ən qədim əlyazmalardan biri hicri təqvimlə 992-ci ilə aid, türk dilində olan Hüsamüddin bin Şərəfüddinə məxsus "Təvarixi-Bulğariyyə" əsəridir. Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir və qiymətli nəşrlər Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilərək "Azərbaycanın kitab abidələri" adlı elektron nəşr hazırlanıb. BDU Elmi Kitabxanasının fondunda qorunan 291 adda nadir və qiymətli nəşr - 255 adda kitab və 36 adda jurnal Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin milli-mədəni sərvətlər reyestrinə daxil edilib".

Ardıcıl əmək, daim yenilənən fond...

Direktor beynəlxalq əlaqələrdən də söz açaraq bildirir ki, kitabxana yalnız ölkə miqyasında deyil, 45 ölkənin 60-dan çox aparıcı universitetləri və elmi müəssisələri ilə əlaqələr yaradır, çox sayda universitetin profilinə uyğun elektron və çap formada olan ədəbiyyat alır, kitab mübadilələrini həyata keçirir.

Oxucuların informasiya tələbatının, həmçinin elektron resurslarla təminatının yüksək səviyyədə təşkili məqsədilə 2004-cü ildən BDU-nun Elmi Kitabxanasının nəzdində Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) fəaliyyətə başlayıb. Az.KİK elektron jurnallar və elektron kitabların alınması üçün beynəlxalq elektron nəşriyyatlarla daima danışıqlar aparır, üzv təşkilatları tədris və elm sahələrinə uyğun elektron informasiya resursları ilə təmin edir. Hazırda Az.KİK-ə respublikanın 15 ali təhsil müəssisəsi üzvdür və onların EBSCO məlumat bazalarına girişi BDU Elmi Kitabxana tərəfindən həyata keçirilir".

Azərbaycanda yaradılan ilk elektron kataloq

Azərbaycan ali təhsil müəssisələrinin kitabxanaları arasında elektron kataloqun yaradılmasına ilk dəfə BDU-nun Elmi Kitabxanasında başlanılıb: "Elektron kitabxanamız ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malikdir. Hazırda Elmi Kitabxanada tammətnli elektron məlumat bazasının yaradılması işi ilə elektron kitabxana şöbəsi məşğuldur. Burada yeni nəşrlərin elektron bazaya daxil edilməsi prosesi gedir, elmin və tədrisin elektron informasiya bazasının gücləndirilməsi məqsədilə xüsusi əhəmiyyət kəsb edən monoqrafiya, dərslik və dərs vəsaitləri rəqəmsallaşdıraraq elektron bazaya daxil edilir".

Bu prosesin canlı şahidi olaraq ölkəmizdə kitabxana işinə bu qədər böyük önəm verən, gəncləri kitabxanalara cəlb etmək, onların kitaba əlçatanlığını daha rahat və hətta bəzən komfortlu etmək üçün həm ənənəvi, həm də müasir metodlardan son dərəcə uğurlu bir şəkildə istifadə edən bir kitabxananın varlığı bizi çox sevindirir. Düz 12 il öncə məzunu olaraq tərk etdiyim Bakı Dövlət Universitetinin bizim tələbəlik dövrümüzdəki zamanla müqayisədə bu gününə nəzər salarkən isə tarix üçün çox qısa bir dövr kəsimi olan 12 ilin bir ali təhsil müəssisəsi, onun kitabxanası üçün necə fövqəladə inkişaf yolu ola biləcəyini gördük.

Bütün hallarda dəyişməyən tək şey odur ki, BDU Elmi Kitabxanası dünən olduğu kimi, bu gün də elm məbədgahı olmaqla bərabər, tələbələrin və professor-müəllim heyətinin mənəvi qida mənbəyidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see314

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see241

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see221

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see205

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see200

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see199

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see198

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see198

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see197

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see197

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see196

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see194

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see194

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see193

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see192

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see191

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see189

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see189

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri