Icma.az
close
up
RU
Xocalı faciəsi: tarix, ədalət və müasirlik

Xocalı faciəsi: tarix, ədalət və müasirlik

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocalı faciəsi Azərbaycanın müasir tarixinə qara hərflərlə yazılmış ən qanlı səhifələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhalini amansızcasına qətlə yetirdi. Xocalı sakini olan körpə uşaqlar, ahıllar, qadınlar və müdafiəsiz insanlar qışın sərt soyuğunda diri-diri yandırıldı, işgəncələrə məruz qaldı və kütləvi şəkildə qətlə yetirildi. Bu dəhşətli qətliam bəşəriyyətin yaddaşına ən ağır cinayətlərdən biri kimi həkk olundu.

Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, insan hüquqlarına və beynəlxalq hüquq normalarına qarşı törədilmiş bir cinayət idi. Xocalıda törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı insan xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü və onların çoxunun taleyi hələ də naməlum olaraq qalır. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Bu dəhşətli gecədə insanlar yalnız öldürülmədi, eyni zamanda, onlara qarşı misli görünməmiş vəhşiliklər törədildi: başları kəsildi, hamilə qadınların qarınları yarıldı, azyaşlı uşaqlar xüsusi qəddarlıqla öldürüldü. Ermənistan silahlı qüvvələri azərbaycanlılara qarşı yalnız silahlarla deyil, mənəvi və psixoloji terrorla da hücum etdilər. Bir çox ailə həmin gecə tamamilə məhv edildi, şəhər yerlə-yeksan edildi, qaçmağa çalışan insanlar isə meşələrdə və dağlarda donaraq həyatlarını itirdilər.

Xocalı faciəsi Azərbaycanın müstəqillik yolunda keçdiyi ən ağır sınaqlardan biri oldu. Bu hadisə təkcə bir şəhərin deyil, bütöv bir millətin ürəyində dərin bir yara açdı. Xalqımız üçün Xocalı təkcə bir faciə deyil, həm də ədalət uğrunda mübarizənin simvoluna çevrildi.

Xocalı faciəsini dünyaya tanıtmaq və ədalətin bərpa olunması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sistemli və ardıcıl siyasət yeridir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətləri sayəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamışdır. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində beynəlxalq tədbirlər, sərgilər, konfranslar keçirilmiş, Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılmışdır.

Azərbaycan Prezidentinin prinsipial siyasəti və diplomatik səyləri nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentləri, beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırımı kimi tanımış və bu cinayətin hüquqi-siyasi qiymətini vermişdir. Azərbaycan dövlətinin həyata keçirdiyi informasiya siyasəti sayəsində Xocalı qətliamı beynəlxalq medianın gündəminə çevrilmiş, dünya ictimaiyyəti bu vəhşiliklərdən xəbərdar olmuşdur.

Dövlət başçısı dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, bu cinayəti törədənlər tarixi ədalət qarşısında cavab verməlidirlər. Prezident İlham Əliyev Xocalı faciəsinin unutdurulmaması və gələcək nəsillərin bu dəhşətli soyqırımı barədə həqiqətləri bilməsi üçün dövlət səviyyəsində davamlı tədbirlər həyata keçirilməsini təmin etmişdir. Hər il Xocalı soyqırımı günü Azərbaycanın müxtəlif bölgələrində və dünyanın bir sıra dövlətlərinin paytaxtlarında anım tədbirləri keçirilir.

Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edərək, işğal altında olan torpaqlarını azad etdi. Bu zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Xocalı qurbanlarının ruhuna bir haqq savaşının nəticəsi idi. Otuz il davam edən işğalın sona çatması ilə Azərbaycan xalqı nəinki torpaqlarını geri qaytardı, həm də beynəlxalq hüququn real güc qarşısında ədalətsiz şəkildə necə ayaqlar altına atıldığını dünyaya nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başladı və 44 gün ərzində Azərbaycanın şanlı Qələbəsi ilə nəticələndi. Ermənilərin ölkəmizə cavab tədbiri kimi başlanılan müharibənin ilk günlərindən Azərbaycan Ordusu işğal altında olan bir sıra strateji əraziləri azad etdi.

Döyüşlər təkcə cəbhə xəttində deyil, informasiya və diplomatiya meydanında da aparıldı. Prezident İlham Əliyev beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırdı.

Dövlət başçımızın müsahibələrində və səsləndirdiyi arqumentlər dünya ictimaiyyətinin diqqətini cəlb etdi. O, beynəlxalq jurnalistlərə verdiyi müsahibələrdə Azərbaycanın haqq savaşını tarixi faktlar və beynəlxalq hüquq normaları çərçivəsində əsaslandıraraq, Ermənistanın törətdiyi hərbi cinayətləri ifşa etdi. Prezidentin Twitter, Facebook və digər sosial platformalar üzərindən etdiyi paylaşımlar informasiya blokadasını qırdı və beynəlxalq mediada Azərbaycanın mövqeyinin güclənməsinə töhfə verdi. Azərbaycanın informasiya savaşında uğuru yalnız rəsmi açıqlamalarla deyil, həm də müstəqil media qurumlarının və diaspor təşkilatlarının aktiv fəaliyyəti ilə möhkəmləndirildi. Dünya mediasında yayımlanan məqalələr, televiziya verilişləri və sosial şəbəkələrdə geniş yayılmış həqiqətlər sayəsində Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırdı. Bu, Vətən müharibəsinin yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya cəbhəsində də qazanılmış bir zəfər olduğunu sübut etdi.

Azərbaycan Ordusunun müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi və döyüş taktikalarının yüksək səviyyədə həyata keçirilməsi müharibənin nəticələrini Azərbaycanın xeyrinə dəyişdirən əsas faktorlardan biri oldu. Hərbi əməliyyatlar zamanı istifadə olunan yeni nəsil silahlar, PUA-lar, yüksək dəqiqliklə endirilən zərbələr və müasir döyüş sistemləri düşmənin müdafiə xəttlərini yararaq, çoxsaylı strateji mövqeləri azad etməyə imkan verdi.

Azərbaycan Ordusunun hərbi taktika və strategiya sahəsindəki müvəffəqiyyəti, eyni zamanda, psixoloji üstünlük qazanılmasına da kömək etdi. Suqovuşan, Hadrut, Füzuli, Qubadlı, Zəngilan və Laçın kimi mühüm strateji ərazilərin ardıcıl olaraq azad edilməsi, həm Azərbaycan xalqının, həm də orduya olan inamını gücləndirdi. Bu uğurlar Ermənistanın ərazi bütövlüyü məsələsində mövqeyinin zəifləməsinə və Azərbaycan ərazisinin hərbi baxımdan sərhədlərinin bərpasına yönəlmiş mücadilənin təməlini qoydu.

Xüsusilə, noyabrın 8-də Qarabağın tacı sayılan Şuşa şəhərinin Azərbaycan əsgərləri tərəfindən azad edilməsi, müharibənin ən mühüm uğuru oldu. Şuşanın azad edilməsi yalnız hərbi məğlubiyyətin deyil, həm də Ermənistanın siyasi və hərbi iradəsinin qırıldığının simvolu oldu. Şuşanın azad edilməsi, həm də Ermənistanın işğalçılıq siyasətinin sonunun başlanğıcı oldu. Ermənistanın 10 noyabrda kapitulyasiya sənədinə imza atması, müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasının rəsmi təsdiqi oldu. Bu, Azərbaycan xalqının və dövlətinin milli həmrəyliyini və qalibiyyətə olan inamını daha da gücləndirdi. Şuşanın və işğaldan azad olunan digər ərazilərin geri alınması, həm də bölgədəki sabitliyin bərpasına və gələcək inkişaf perspektivlərinin möhkəmlənməsinə zəmin yaratdı.

Bu Qələbə Azərbaycan Ordusunun şücaəti, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar təkcə döyüş meydanında deyil, eyni zamanda, diplomatiya sahəsində də Azərbaycanın mövqeyini gücləndirdi.

Xocalı qurbanlarının intiqamı ədalət və haqq uğrunda aparılan bu mübarizədə alındı. Azərbaycan dövləti Xocalı faciəsinin yaddaşlardan silinməməsi və gələcək nəsillərə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin təşəbbüsləri və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının xatirəsi daim uca tutulur, dünya ictimaiyyətinə bu qətliamın dəhşətləri çatdırılır. Hər il Xocalı faciəsinin ildönümündə anım tədbirləri keçirilir, müxtəlif ölkələrdə sərgilər, konfranslar və beynəlxalq aksiyalar təşkil olunur. "Xocalıya ədalət!" kampaniyası bu faciənin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

Xocalının bərpa edilməsi prosesi Azərbaycanın gücünü və iradəsini dünyaya nümayiş etdirən bir mərhələdir. Bu, yalnız bir şəhərin fiziki infrastrukturunun yenidən qurulmasından ibarət deyil, həm də Xocalı torpaqlarında həyatın, mədəniyyətin, təhsilin, iqtisadiyyatın, sosial fəaliyyətin yenidən canlanması deməkdir. Şəhərin bərpası insanların öz doğma yurdlarına geri dönməsi və orada öz yaşamlarını davam etdirməsi deməkdir.

Xocalı bu gün Azərbaycan xalqının əzmkarlığının, iradəsinin və qələbə əzminin canlı simvoluna çevrilir. Xocalı şəhərinin yenidən qurulması strateji plan əsasında Azərbaycan dövlətinin müasir şəhər inkişafı modelinə əsaslanaraq həyata keçirilir. Bu model infrastruktur, yaşayış sahələri, sosial obyektlər və mədəniyyət müəssisələrini əhatə edir. Eyni zamanda, ekoloji təmiz və davamlı inkişaf prinsiplərinə uyğun layihələr də nəzərdə tutulub. Gələcəkdə Xocalı yalnız Azərbaycanın deyil, bütün regionun ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Bu, həm də Xocalı sakinlərinin qayıdışı ilə öz əziz yurdlarına qovuşan hər bir insanın yenidən həyat tərzini qurmasına imkan verəcəkdir.

Əlbəttə ki, Xocalının bərpası prosesi yalnız fiziki infrastrukturun tikilməsi deyil, həm də bu torpaqlarda mövcud olan milli və mədəni irsin qorunub saxlanması, xalqlar arasında sülh və qarşılıqlı hörmətin yaradılması məqsədini güdür. Xocalı Azərbaycanın zəngin tarixini və mədəniyyətini, keçmişin izlərini qoruyaraq gələcək nəsillərə çatdıracaq bir mərkəzə çevriləcək. Şəhərin bərpası həm də tarixi ədalətin yerini tapması, xalqın şərəfli mübarizəsinin nəticəsidir.

Bu gün Xocalı yalnız bir şəhər olaraq deyil, həm də Azərbaycanın gücünün, iradəsinin, sarsılmazlığının simvoluna çevrilmişdir. Azərbaycanın ədalətinə inanan hər kəs Xocalının bərpası prosesinin dünyanın diqqətini cəlb edəcəyinə inanır. Bu, həm də Azərbaycan xalqının bütün dünyaya mesajıdır: Tarix heç vaxt unudulmur, ədalət bərpa olunur və Xocalı faciəsi heç vaxt unudulmayacaq.

Bu torpaqlarda quruculuq və bərpa işlərinin sürətlə davam etməsi Azərbaycanın böyük qələbəsinin, xalqımızın qürurunun və həmrəyliyinin təzahürüdür. Hər bir tikinti, hər bir layihə Xocalının əzablı keçmişinə qarşı bir etibar və inamın göstəricisidir. Azərbaycan xalqı tarixi ədaləti bərpa edərək öz haqq yolunda qalib gəlib. Bu, həm də bütün gələcək nəsillər üçün mübarizənin və haqqın sonunda Zəfər hekayəsidir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri