Icma.az
close
up
RU
“Kitabi Dədə Qorqud və qeyri səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub

“Kitabi Dədə Qorqud və qeyri səlis məntiq” kitabı “Springer” nəşriyyatında çap olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı məşhur “Springer” nəşriyyatında çap olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ingilis dilində oxuculara təqdim olunan kitab Dədə Qorqud və qeyri-səlis məntiq sahəsində aparılan ilk tədqiqat əsəri kimi böyük maraqla qarşılanıb. Qeyri-səlis məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfədir ki, tətbiq edilən kitabın “Springer” nəşriyyatında çap olunması Azərbaycan ədəbiyyatının, folklorunun dünya ədəbi prosesində təbliği baxımından bir ilkdir və Azərbaycan folklorunun, Qoqudşünaslığın dünya oxucusuna aşılayan, tanıdan ilk araşdırma əsəridir.

Müəlliflərin qənaətinə görə, “Kitabi-Dədə Qorqud” bizə qədim əcdadlarımızın dastanın dərin qatlarında gizlənmiş təfəkkürünə xas olan demokratik əhvaldan danışmaq imkanı verir.

Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb: “Türklərin qədim dastanı olan “Kitabi-Dədə Qorqud” dastanı qeyri-səlis məntiq prinsiplərinə öz dil məkanında bol-bol yer verir. Bu qədim dastanda gizlənən düşüncə tərzi qeyri-səlis məntiqin dörd sütununa aid olan spesifik məntiqi sxemlərin formalaşmasına gətirir.

Məlum olur ki, dastanımızda qeyri-səlis məntiqə dair kifayət qədər geniş dil materialı var. Bu da öz növbəsində ondan xəbər verir ki, qədim əcdadımız dünyaya baxışında daha geniş və dərin yanaşmanı üstün tutur. Seçim imkanı olan yanaşma onun tərcihi olur”.

Əsərdə 0 ilə 1 və ağ ilə qara arasında müxtəlif səviyyələr qeyd olunmuş, "Kitabi-Dədə Qorqud" boylarından buna uyğun nümunələr göstərilmişdir. Müəlliflər əcdadlarımızın Aristotel məntiqinin "ya bu, ya o" sərhədindən kənara çıxdığını diqqətə çatdırmış, ən əsası isə dastanda ağla qara arasında çoxlu rəng və çalarların olmasını ulu əcdadlarımızın demokratik düşüncəsinin sübutu kimi təqdim etmişlər. Yəni, əcdadlarımız "ya bu, ya o" demirlər, "Bu iki şeyin arasında o da ola bilər, bu da" deyirlər.

K.Abdulla və R.Əliyevin kitabı qeyri-səlis məntiqin ictimai elmlərə ilk tətbiqidir. Beləliklə, Lütfü Zadənin arzusu yerinə yetmiş, əsər həm də onun əziz xatirəsinə həsr edilmişdir.

Qeyd edək ki, “Springer” dünyanın ən böyük elmi nəşriyyatlarındandır. Əsas fəaliyyət istiqaməti akademik tədqiqatların, elmi kitabların, dərsliklərin və yüksək impakt faktorlu elmi jurnalların nəşridir. Dünyanın 180-dən çox ölkəsində milyonlarla tədqiqatçı "Springer" mənbələrindən istifadə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri