Icma.az
close
up
RU
AYB də “Kitabi Dədə Qorqud və qeyri səlis məntiq” və “Qeyri səlis məntiq və nitq dil” kitablarının təqdimatı olub

AYB də “Kitabi Dədə Qorqud və qeyri səlis məntiq” və “Qeyri səlis məntiq və nitq dil” kitablarının təqdimatı olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, kitabın müəllifləri dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi bacarıblar. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitablar müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlərlə qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır.

Kitabların Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola biləcəyi diqqətə çatdırılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar qeyd edib ki, “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün də unikal hadisədir. O vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda, dilçilikdə, folklorda və nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxışında deyib ki, hər iki kitab həm dilçilik elminin, həm də fəlsəfə elminin qarşısında yeni üfüqlər açır. Bu da öz növbəsində yeni tədqiqat işlərinin aparılması üçün mühüm amillərdən biri hesab olunur. Bu fundamental tədqiqatlar Lütfi Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağına işarədir.

Müəlliflərin ərsəyə gətirdikləri kitabların sosial elmlərdəki potensialını daha dərindən anlamaq üçün mükəmməl platforma təqdim etməsi önə çəkilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti professor Çingiz Hüseynzadə müəllifləri ərsəyə gətirdikləri unikal kitablar münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzu edib.

Bildirilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə ədəbiyyatşünas-tərcüməçi Cəlil Nağıyev, AYB-nin katibi şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru professor Lətafət Qardaşova, AMEA Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev, akademiklər Muxtar İmanov və Əli Abbasov, professor Qorxmaz İmanov və Əməkdar jurnalist Tahir Aydınoğlu kitablar haqqında düşüncələrini bölüşüblər.

Qeyd olunub ki, müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.

Sonda akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabların yazılma prosesi haqqında danışıblar. Bildirilib ki, dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsi "Kitabi-Dədə Qorqud" dastanının boylarına tətbiq edilməklə, diqqətəlayiq nəticələr əldə edilib.

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq oxucular tərəfindən rəğbətlə qarşılanıb.

“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd edib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri