Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Kitablarla sağalmaq mümkündürmü?

Kitablarla sağalmaq mümkündürmü?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin ağrıları, gələcək narahatlıqları və həyatın amansız ritmi psixoloji tarazlığı pozur. Belə anlarda bəzi insanlar musiqiyə, bəziləri təbiətə, bəziləri isə kitablara sığınır. Bəs kitablar sadəcə əyləncə və ya məlumat mənbəyi deyil, eyni zamanda bir "şəfa vasitəsi" ola bilərmi? Bu sual bizi ədəbiyyat terapiyası adlı unikal və getdikcə daha çox diqqət qazanan bir sahəyə aparır.

Ədəbiyyat terapiyası - insanın emosional və psixoloji problemlərini müalicə etmək məqsədilə ədəbiyyatdan istifadə olunan bir terapiya növüdür. Burada məqsəd insanların kitablar vasitəsilə öz hislərini tanıması, anlaması və ifadə etməsidir. Bu terapiya fərdi və ya qrup şəklində aparıla bilər. Peşəkar psixoterapevt və ya biblio-terapevt tərəfindən yönləndirilir.

Kitablar insanın daxili dünyasına pəncərə açır. Onlar yaşanmış və yaşana biləcək hislərin, mübarizələrin, itkilərin, sevinclərin daşıyıcılarıdır. Bir romandakı qəhrəman bəzən bizim yaşadığımız ağrını, qorxunu, həsrəti yaşayır və bu zaman biz tək olmadığımızı anlayırıq. Empatiya qururuq, anlayırıq, qəbul edirik.

Oxucu personajlarla emosional bağ quraraq özünü dünyada tək hiss etmir. Nəticədə tənhalıq duyğusu azalır. Bəzən kitabdakı bir dialoq və ya təsvir insanın öz duyğularını anlamağa səbəb olur. Bunun nəticəsində isə insan özünü anlamağa başlayır. Daha sonra duyğuların emalı prosesi başlayır: Hiss edilən, lakin izah edilə bilməyən duyğular kitab vasitəsilə "şifrələnir". Xoş sonluq və ya qəhrəmanın inkişafı oxucuda ümid yaradır.

Ədəbiyyat terapiyasının yalnız oxumaqla deyil, yazmaqla da əlaqəli olması onun gücünü artırır. İnsan öz düşüncələrini, xatirələrini, xəyallarını kağıza tökdükcə onları daha obyektiv görməyə başlayır. Bu, həm bir növ "ruhi rahatlanma”, həm də daxili səsin tanınması prosesidir. Necə deyərlər, əgər içindəki hekayəni danışmasan, o, səni susduracaq.

Ədəbiyyatşünas Mətanət Vahid deyir ki, illər öncə "Ədəbiyyat – alternativ dünyadır” yazarkən, əsasən, özünün və çevrəsindəki insanların təcrübəsindən çıxış etmişdi: "Bütün susduqlarını bədii mətnlərdə tapmaq, onlarla dialoqa girmək, həmsöhbət olmaq ayrı dünya gerçəklərinə sığınmaq deməkdir. Bəli, bu mənada, ümumiyyətlə sənət, o cümlədən ədəbiyyat terapiyadır. Burada məsələ bədii mətndə nəyi aradığından və necə oxumaqdan çox asılıdır: kitabda sadəcə yeni informasiya və ya öz oturuşmuş fikirlərinin təsdiqini arayırsan? Yoxsa qarşında sənə tanış olmayan, tamamilə yeni suallara veriləcək cavablara hazırsan? Fikir versək, yaxşı oxucular əksər hallarda özləri də sonradan yazmağa meyillənirlər – üzə çıxarsalar da, çıxarmasalar da. Yazıçı üçün yazmaq, ilk növbədə, mənəvi ehtiyacını təmin etməkdir, yaxşı oxucu üçün də mütaliə ehtiyacdır – mənəvi doymaqdır. Musiqi dinləmək, film izləmək, rəsmlərə, heykəllərə baxmaq, bədii ədəbiyyat oxumaq – hamısı ruhun ehtiyacıdır, dolayısı ilə terapiyadır. Burada bir möcüzə-filan aramağa gərək yoxdur. Psixologiyada "biblioterapiya” sahəsinə görə, terapevtlər müəyyən vəziyyətlərdə çətin suallara cavab tapmaq, doğru qərar vermək məqsədilə pasiyentə konkret əsərlər oxumağı tövsiyə edirlər. Onsuz da psixologiya insanı dəyişmir, özünə tanış olmayan tərəflərini özünə tanıtmağa dəstək olur – biblioterapiya da bu dəstəyin vasitələrindən biridir”.

Şair, "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs də ədəbiyyat terapiyasına inanır: "Dünyada ən çox oxunan 10 kitabın siyahısına rast gəlmişdim. Ürəyim ağrımışdı. Ən çox oxunan kitabların siyahısında birinci yerdə "Qurani-Kərim” idi. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, qalan doqquz kitab da bədii ədəbiyyat deyildi. Onlar arasında bədii ədəbiyyata bir az yaxın olan ancaq Freydin bir kitabı vardı. Qalanları əsasən siyasi, dini, iqtisadi ədəbiyyat idi. Ədəbiyyatdan danışanda bizə elə gəlir ki, insan birinci poeziyaya, prozaya köklənməldir. Halbuki ədəbiyyat palitra etibarı ilə çoxşaxəlidir. Texniki, iqtisadi, siyasi, tibbi və s. ədəbiyyat da var axı. Amma terapiya üçün düşünürəm ki, ilk onluqda olmayan bədii ədəbiyyat başda gəlməlidir. Yəni heç bir kimyagərin dərmanla sağalda bilmədiyi bir xəstəliyi çox asanlıqla, bir sözlə, bir fikirlə sağaltmaq olar. Məsələn, Çarlz Bukovski deyirdi ki, dostsansa yanımda, düşmənsənsə qarşımda, ortada fırlanacaqsansa, məndən kənarda dur. Çox kiçik bir deyimdə fizika da, metafizika da, siyasət də, iqtisadiyyat da, elə sizin axtardığınız terapiya da var”.

Ədəbiyyat ruhun dilidir. Psixoloji yaraların sağalması üçün bəzən nə dərman, nə də məsləhət yetərli olur. İnsan sadəcə anlaşılmasını və hislərinə güzgü tutulmasını istəyir. Ədəbiyyat da bunu edir – səssiz, lakin çox dərin bir şəkildə.

Ədəbiyyat terapiyası bizə göstərir ki, kitablar sadəcə kağız və mürəkkəb deyil, bir növ psixoloji güzgüdür. Onlar bizi bizə qaytarır, parçalanmış duyğuları birləşdirir və bəzən heç kimin bacarmadığı şəkildə sağaldır.

Mənbə: "Kaspi" qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Noyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri