Icma.az
close
up
RU
Kitablarla sağalmaq mümkündürmü?

Kitablarla sağalmaq mümkündürmü?

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan ruhu zaman-zaman qaranlığa bürünür. Daxili boşluqlar, keçmişin ağrıları, gələcək narahatlıqları və həyatın amansız ritmi psixoloji tarazlığı pozur. Belə anlarda bəzi insanlar musiqiyə, bəziləri təbiətə, bəziləri isə kitablara sığınır. Bəs kitablar sadəcə əyləncə və ya məlumat mənbəyi deyil, eyni zamanda bir "şəfa vasitəsi" ola bilərmi?

Bu sual bizi ədəbiyyat terapiyası adlı unikal və getdikcə daha çox diqqət qazanan bir sahəyə aparır.

Ədəbiyyat terapiyası - insanın emosional və psixoloji problemlərini müalicə etmək məqsədilə ədəbiyyatdan istifadə olunan bir terapiya növüdür. Burada məqsəd insanların kitablar vasitəsilə öz hislərini tanıması, anlaması və ifadə etməsidir. Bu terapiya fərdi və ya qrup şəklində aparıla bilər. Peşəkar psixoterapevt və ya biblio-terapevt tərəfindən yönləndirilir.

Kitablar insanın daxili dünyasına pəncərə açır. Onlar yaşanmış və yaşana biləcək hislərin, mübarizələrin, itkilərin, sevinclərin daşıyıcılarıdır. Bir romandakı qəhrəman bəzən bizim yaşadığımız ağrını, qorxunu, həsrəti yaşayır və bu zaman biz tək olmadığımızı anlayırıq. Empatiya qururuq, anlayırıq, qəbul edirik.

Oxucu personajlarla emosional bağ quraraq özünü dünyada tək hiss etmir. Nəticədə tənhalıq duyğusu azalır. Bəzən kitabdakı bir dialoq və ya təsvir insanın öz duyğularını anlamağa səbəb olur. Bunun nəticəsində isə insan özünü anlamağa başlayır. Daha sonra duyğuların emalı prosesi başlayır: Hiss edilən, lakin izah edilə bilməyən duyğular kitab vasitəsilə "şifrələnir". Xoş sonluq və ya qəhrəmanın inkişafı oxucuda ümid yaradır.

Ədəbiyyat terapiyasının yalnız oxumaqla deyil, yazmaqla da əlaqəli olması onun gücünü artırır. İnsan öz düşüncələrini, xatirələrini, xəyallarını kağıza tökdükcə onları daha obyektiv görməyə başlayır. Bu, həm bir növ "ruhi rahatlanma", həm də daxili səsin tanınması prosesidir. Necə deyərlər, əgər içindəki hekayəni danışmasan, o, səni susduracaq.

Ədəbiyyatşünas Mətanət Vahid deyir ki, illər öncə "Ədəbiyyat - alternativ dünyadır" yazarkən, əsasən, özünün və çevrəsindəki insanların təcrübəsindən çıxış etmişdi: "Bütün susduqlarını bədii mətnlərdə tapmaq, onlarla dialoqa girmək, həmsöhbət olmaq ayrı dünya gerçəklərinə sığınmaq deməkdir. Bəli, bu mənada, ümumiyyətlə sənət, o cümlədən ədəbiyyat terapiyadır. Burada məsələ bədii mətndə nəyi aradığından və necə oxumaqdan çox asılıdır: kitabda sadəcə yeni informasiya və ya öz oturuşmuş fikirlərinin təsdiqini arayırsan? Yoxsa qarşında sənə tanış olmayan, tamamilə yeni suallara veriləcək cavablara hazırsan? Fikir versək, yaxşı oxucular əksər hallarda özləri də sonradan yazmağa meyillənirlər - üzə çıxarsalar da, çıxarmasalar da. Yazıçı üçün yazmaq, ilk növbədə, mənəvi ehtiyacını təmin etməkdir, yaxşı oxucu üçün də mütaliə ehtiyacdır - mənəvi doymaqdır. Musiqi dinləmək, film izləmək, rəsmlərə, heykəllərə baxmaq, bədii ədəbiyyat oxumaq - hamısı ruhun ehtiyacıdır, dolayısı ilə terapiyadır. Burada bir möcüzə-filan aramağa gərək yoxdur. Psixologiyada "biblioterapiya" sahəsinə görə, terapevtlər müəyyən vəziyyətlərdə çətin suallara cavab tapmaq, doğru qərar vermək məqsədilə pasiyentə konkret əsərlər oxumağı tövsiyə edirlər. Onsuz da psixologiya insanı dəyişmir, özünə tanış olmayan tərəflərini özünə tanıtmağa dəstək olur - biblioterapiya da bu dəstəyin vasitələrindən biridir".

Şair, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs də ədəbiyyat terapiyasına inanır: "Dünyada ən çox oxunan 10 kitabın siyahısına rast gəlmişdim. Ürəyim ağrımışdı. Ən çox oxunan kitabların siyahısında birinci yerdə "Qurani-Kərim" idi. Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, qalan doqquz kitab da bədii ədəbiyyat deyildi. Onlar arasında bədii ədəbiyyata bir az yaxın olan ancaq Freydin bir kitabı vardı. Qalanları əsasən siyasi, dini, iqtisadi ədəbiyyat idi. Ədəbiyyatdan danışanda bizə elə gəlir ki, insan birinci poeziyaya, prozaya köklənməldir. Halbuki ədəbiyyat palitra etibarı ilə çoxşaxəlidir. Texniki, iqtisadi, siyasi, tibbi və s. ədəbiyyat da var axı. Amma terapiya üçün düşünürəm ki, ilk onluqda olmayan bədii ədəbiyyat başda gəlməlidir. Yəni heç bir kimyagərin dərmanla sağalda bilmədiyi bir xəstəliyi çox asanlıqla, bir sözlə, bir fikirlə sağaltmaq olar. Məsələn, Çarlz Bukovski deyirdi ki, dostsansa yanımda, düşmənsənsə qarşımda, ortada fırlanacaqsansa, məndən kənarda dur. Çox kiçik bir deyimdə fizika da, metafizika da, siyasət də, iqtisadiyyat da, elə sizin axtardığınız terapiya da var".

Ədəbiyyat ruhun dilidir. Psixoloji yaraların sağalması üçün bəzən nə dərman, nə də məsləhət yetərli olur. İnsan sadəcə anlaşılmasını və hislərinə güzgü tutulmasını istəyir. Ədəbiyyat da bunu edir - səssiz, lakin çox dərin bir şəkildə.

Ədəbiyyat terapiyası bizə göstərir ki, kitablar sadəcə kağız və mürəkkəb deyil, bir növ psixoloji güzgüdür. Onlar bizi bizə qaytarır, parçalanmış duyğuları birləşdirir və bəzən heç kimin bacarmadığı şəkildə sağaldır./ "Kaspi" qəzeti

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Noyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri