Icma.az
close
up
RU
Kitabxanada Azərbaycan ədəbiyyatı guşəsi açılıb və Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı olub

Kitabxanada Azərbaycan ədəbiyyatı guşəsi açılıb və Bəxtiyar Vahabzadənin kitablarının təqdimatı olub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğızıstan Milli Kitabxanasında Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə qırğız dilində yeni nəşr olunmuş "Seçilmiş əsərləri"nin ("Tandalqan çıkarmalar") və "Mənim dostlarım" (1949) adlı ilk kitabının təkrar nəşrinin təqdimatı keçirilib.

Əvvəlcə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.

Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova çıxış edərək Bəxtiyar Vahabzadənin kitabının qırğız dilində çap olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

TÜRKSOY-un baş katibi və yeni nəşrin ön söz müəllifi Sultan Raev deyib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı təkcə doğma yurdu Azərbaycanın deyil, eyni zamanda bütün Türk dünyasının birliyinin, bərabərliyinin təcəssümüdür. 

Baş katib bildirib ki, təşkilat böyük şairin 100 illiyi münasibətilə 2025-ci ili "Bəxtiyar Vahabzadəni anma ili" elan edib. TÜRKSOY-un dəstəyi ilə nəşr olunan kitab qırğız oxucuların şairin yaradıcılığı ilə dərindən tanışlığı üçün qiymətli mənbədir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli XX əsr Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadənin milli-etnik yaddaşımızla bağlı çox qiymətli əsərlər qələmə aldığını deyib. Bildirib ki, Xalq şairinin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın yüksək mükafatlarına layiq görülüb, xatirəsi əbədiləşdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Bəxtiyar Vahabzadənin 100 illiyi dövlət səviyyəsində geniş qeyd edilir. Nazir yeni nəşrlərin şairin yubileyinə dəyərli töhfə olduğunu bildirib.

Ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və nəşrin tərcüməçiləri Altınbek İsmailov, Baktıgül Çoturova, Ömürbek Tillebaev və başqaları çıxış edərək B.Vahabzadənin şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbirdə incəsənət ustalarımızın ifasında B.Vahabzadənin sözlərinə yazılmış musiqi nömrələri ifa olunub, şeirləri səsləndirilib.

Tədbirin sonunda Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov son vaxtlarda Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı ilə bağlı çap etdirdiyi kitabların bir qismini nazir Adil Kərimliyə təqdim edib. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Bişkek

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri