KİV: ABŞ Taliban la razılaşma ərəfəsindədir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Əfqanıstandakı Baqram aviabazasına nəzarətin ABŞ ordusuna verilməsi ilə bağlı "Taliban"la danışıqları intensivləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Intelligence Online" məlumat yayıb.
ABŞ nümayəndə heyətinin sentyabrın 13-də Kabilə səfəri zamanı təkcə məhbus mübadiləsi deyil, digər mövzular da müzakirə olunub. ABŞ-nin Əfqanıstanda öz hərbi mövcudluğunu bərpa etmək ərəfəsində olduğu iddia edilir.
Bildirilir ki, Vaşinqton Kabillə sövdələşməni nəzərdən keçirir. Bu, Baqram aviabazasına giriş müqabilində "Taliban" hökumətinin ABŞ tərəfindən rəsmən tanınması, Əfqanıstan banklarının SWIFT sisteminə çıxışının bərpası və Kabilin ABŞ-dəki maliyyə aktivlərinin blokdan çıxarılması ola bilər. Bundan əlavə, ABŞ Əfqanıstanın mineral ehtiyatlarına, xüsusən də dünyanın ən böyük litium ehtiyatlarına çıxış əldə etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Sentyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















