KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin təhlükəsizliyini riskə atmamaq üçün Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər.
Bu barədə Amerikanın "The American Conservative” jurnalının icmalçısı Cud Russo məqaləsində yazıb.
Müəllif Ukraynanın "Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşməsi, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra biləcəyi və "Starlink” peyk sisteminin fəaliyyətinə mümkün məhdudiyyətlər barədə məlumatları şərh edib.
"Bu, Ukrayna üçün pis xəbərdir, lakin heç də gözlənilməz deyil”, – Russo bildirib.
İcmalçının sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Amerika silah ehtiyatlarının azalması ilə bağlı aylardır xəbərdarlıqlar səsləndirilir.
"Reallıq nəhayət özünü göstərir”, – müəllif qeyd edib.
Russo hesab edir ki, ABŞ mövcud şəraitdə İranla müharibəni davam etdirə bilər. Lakin bu, digər bölgələrdə Amerika Silahlı Qüvvələrinin döyüş hazırlığının zəifləməsi hesabına baş verəcək.
Onun fikrincə, İranla müharibə Avropadakı münaqişədən daha çox diqqət və hərbi resurs tələb edir.
"Raket ehtiyatları məhduddur. ABŞ Ukraynaya görə öz silahlı qüvvələrinin təhlükəsizliyini və iqtisadi təhlükəsizliyini qurban verməyəcək”, – Russo vurğulayıb.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Oktyabr 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















