KİV: Cənubi Qafqaz artıq Rusiyanın arxa bağçası deyil
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Qafqaz artıq Rusiyanın təkbaşına hökmranlıq meydanı deyil, Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sammiti digər aktorların proseslərə təsir etmək imkanlarının olduğunu göstərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz və Avrasiya üzrə siyasi analitik Simona Skottinin "Commonspace" nəşri üçün yazdığı məqalədə deyilir.
O qeyd edib ki, onilliklər boyu Rusiya Cənubi Qafqazın təhlükəsizlik sisteminin mərkəzində olub və heç bir sülh sazişi və ya böyük infrastruktur layihəsini Moskvanın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi.
Ekspert bildirib ki, Bakı və Moskva arasında münasibətlərdəki çatlar 2024-cü ilin sonlarından, Rusiyanın Azərbaycan aviaşirkəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsini vurmasından sonra özünü göstərməyə başlayıb. İlkin araşdırmanın nəticələri göstərir ki, təyyarə Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən vurulub.
Politoloq vurğulayıb ki, Bakının reaksiyası əksər ekspertlərin proqnozlaşdırdığından daha sərt olub: Rusiyanın mədəniyyət müəssisələri bağlanıb, media daha tənqidi olub və Moskvanın Qafqazda ənənəvi "arbitr" rolu şübhə altına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















