KİV: Epşteyn Rusiya kəşfiyyatı ilə əlaqələrə malik olub
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı maliyyəçi Ceffri Epşteyn Rusiya kəşfiyyatı ilə əlaqələrə malik olub və nüfuzlu şəxslər haqqında kompromat toplanması ilə məşğul olub.
APA xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Epşteyn tanınmış şəxsləri Rusiya vətəndaşı olan gənc qadınlarla tanış edib, daha sonra bu əlaqələrdən şantaj məqsədilə istifadə olunub.
Maliyyəçinin işi üzrə yeni sənədlərdə jurnalistlər Rusiya ilə bağlı minlərlə, Moskva ilə bağlı isə on minə yaxın qeyd aşkar ediblər. Materiallarda Kremlin rəhbəri Vladimir Putinin adı da keçir.
Ekspertlər hesab edirlər ki, Epşteyn Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri media maqnatı Robert Maksvel vasitəsilə qurub. Mənbələrin məlumatına görə, Maksvel 1970-ci illərdən etibarən Rusiyanın agenti olub və Qərbdə Rusiya mənşəli vəsaitlərin yuyulmasında iştirak edib. Bu prosesdə Epşteynin də rol aldığı iddia olunur.
Qeyd olunur ki, Maksvelin qızı Gisleyn Maksvel, Epşteynin ən yaxın silahdaşı kimi tanınırdı və ABŞ-da insan alveri və cinsi istismar məqsədilə ticarət ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 01 Fevral 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















