Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələrə görə Britaniya diplomatını ölkədən çıxarır
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Britaniya səfirliyinin əməkdaşının Böyük Britaniya kəşfiyyat xidmətləri ilə əlaqələrə görə ölkədən çıxarıldığını və ölkəni tərk etməsi üçün iki həftə vaxtının olduğunu bildirib.
Nazirlik bildirib ki, Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Danae Dholakiyaya cümə axşamı Rusiyanın səlahiyyətli orqanlarının Britaniya səfirliyi əməkdaşının "Britaniya kəşfiyyat xidmətləri ilə əlaqəli" olduğunu göstərən məlumatlar əldə etdiyi barədə məlumat verilib.
Nazirlik bildirib ki, "Bunu nəzərə alaraq və 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, şəxsin akkreditasiyası ləğv edilir. O, iki həftəlik müddət ərzində Rusiya Federasiyasını tərk etməlidir".
Nazirlik bildirib ki, "Moskvanın Rusiya ərazisində elan edilməmiş Böyük Britaniya kəşfiyyat zabitlərinin fəaliyyətinə dözməyəcəyi bir daha vurğulanıb. Rusiyanın bu məsələ ilə bağlı güzəştsiz mövqeyi ölkəmizin milli təhlükəsizlik maraqlarına uyğun olaraq həyata keçiriləcək".
Nazirlik onuda qeyd edib ki, "London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfinin cavab verəcəyi barədə xəbərdarlıq edilib".
Baxış sayı:42
Bu xəbər 15 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















