Icma.az
close
up
RU
“PALMALİ”dən Ramiz Mehidyev və Rusiya ilə əlaqələrə dair iddialara REAKSİYA

“PALMALİ”dən Ramiz Mehidyev və Rusiya ilə əlaqələrə dair iddialara REAKSİYA

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Palmali Şirkətlər Qrupu bəzi media orqanlarında Mübariz Mənsimovun Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və Rusiya ilə iş birliyində olması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bu barədə Palmali Şirkətlər Qrupu rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Gununsesi.info həmin paylaşımı təqdim edir:

“Həftə sonu bəzi kütləvi informasiya vasitələrində Palmali Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mübariz Mənsimovla bağlı əsassız, həqiqətə uyğun olmayan və sensasiya xarakterli məlumatlar yayılıb.

Palmali Şirkətlər Qrupu bildirir ki, yayılan bu məlumatlar reallığı əks etdirmir. Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb. O, Ramiz Mehdiyevi yalnız Prezident Administrasiyasında vəzifə tutmuş şəxs kimi tanıyıb. Bunun xaricində tərəflər arasında hər hansı bir görüş, işgüzar əməkdaşlıq və ya əlaqə baş verməyib.

Palmali Şirkətlər Qrupu olaraq qəti şəkildə bildiririk ki, yayılan bu məlumatların heç bir hüquqi və faktiki əsası yoxdur və bunlar tamamilə yalandır.

Qeyd olunan məlumatlar ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır. Palmali Şirkətlər Qrupu media nümayəndələrini bu cür xəbərləri yayarkən dəqiqlik, obyektivlik və peşə etikası prinsiplərinə riayət etməyə çağırır.

Dəqiqləşdirilməmiş və əsassız məlumatların yayılması davam edəcəyi təqdirdə, Palmali Şirkətlər Qrupu məsələyə hüquqi müstəvidə baxılması üçün müvafiq addımlar atmaq hüququnu özündə saxlayır”.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri