KİV: İsrail və İran arasındakı hərbi əməliyyatlar gündəlik 100 milyonlarla dollara başa gəlir
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“İsrail və İran arasındakı hərbi əməliyyatlar tərəflərə gündəlik 100 milyonlarla dollara başa gəlir”.
APA-nın məlumatına görə, bu barədə “The Washington Post” nəşri yazıb.
Bildirilib ki, bu məbləğə həm hava əməliyyatları, həm də pilotsuz uçuş aparatlarının (PUA) texniki vasitələrin köməyilə endirilməsi xərcləri daxildir.
Belə ki, təkcə bir PUA-nın endirilməsi üçün həyata keçirilən bir atışın qiyməti 4 milyon ABŞ dolları təşkil edir. Bununıa yanaşı, “F-35” qırıcılarının bir saatlıq uçuş dəyəri 10 min dollara başa gəlir.
Müşahidəçilər mülki infrastruktur və tikililərə dəyən zərərin məbləğinin 400 milyon dolları keçəcəyi qənaətindədir.
Hərbi əməliyyatlar nəticəsində 5000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb ki, onların gündəlik yaşayış xərclərini hökumətlər üzərinə götürüb.
Bütün bunlara rəğmən, iqtisadi sahənin mütəxəssisləri hələlik resessiya proqnozlaşdırmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















