KİV: Səudiyyə Ərəbistanı Almaniyaya terror təhlükəsi barədə üç dəfə xəbərdarlıq edib
Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanı iqtidarı Maqdeburqda Milad bazarının ziyarətçilərini avtomobillə vurmuş Talib Əbdülmöhsənin yarada biləcəyi təhlükə barədə Almaniyanın hüquq-mühafizə orqanlarını ən azı üç dəfə xəbərdar edib.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.
Səudiyyə Ərəbistanının xəbərdarlıqlarının konkret məzmunu bəlli deyil. Bundan əlavə, nəşrin mənbələrinə görə, 2023-cü ilin dekabrında Saksoniya-Anhalt Cinayət İşləri İdarəsinə (LKA) T.Əbdülmöhsənin sosial şəbəkələrdəki paylaşımları ilə bağlı şikayət daxil olub. O, paylaşımlarında Almaniyanın Səudiyyə Ərəbistanından olan qaçqınların güman edilən təqibinə görə yüksək qiymət ödəyəcəyini yazıb. LKA əməkdaşları onun bəyanatlarını araşdıraraq təhlükə yaratmadığı qənaətinə gəliblər.
Daha əvvəl "Reuters" agentliyi də Səudiyyə Ərəbistanının Almaniyanın hüquq-mühafizə orqanlarını T.Əbdülmöhsəndən və onun ekstremist baxışlarından qaynaqlanacaq mümkün təhlükə barədə xəbərdar etdiyini yazıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Dekabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















