KİV: Tramp Ağ Evə qayıtdığı ilk gün 25 fərman imzalayacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp yanvarın 20-də Ağ Evə qayıtdığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
"Donald Tramp yanvarın 20-də vəzifəyə başladığı ilk gün 25-dən çox fərman və sərəncam imzalamağı planlaşdırır. Məqsəd miqrasiya, energetika, təhsil və digər sahələrdə dövlət siyasətini köklü şəkildə dəyişdirməkdir", - materialda qeyd olunub.
Bildirilib ki, Meksika ilə sərhəddə divarın tikintisinin bərpası, cənub sərhədinə əlavə hərbçilərin göndərilməsi və s. planlaşdırılır.
Bundan əlavə, Trampın seçkiqabağı vədlərinə uyğun olaraq neft və qaz hasilatının artırılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















