Tramp saxta KİV lər i Ağ Evə buraxmamağa çağırıb
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə baha başa gəlir" - o yazıb.
Daha əvvəl məlumat verilmişdi ki, Ağ ev CNN telekanalının bu gün Tennessi ştatının Noksvill şəhərinə yola düşəcək "Air Force One" prezident təyyarəsinin göyərtəsində ABŞ Prezidenti Donald Trampı müşayiət etməyəcəyini elan edib.
Münaqişə federal məhkəmənin müvəqqəti olaraq Tramp administrasiyasını CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişini bərpa etməyə məcbur etməsindən bir neçə gün sonra kəskinləşib.
Məhkəmənin qərarı jurnalistlərin akkreditasiyası və KİV nümayəndələrinin Ağ Evin ərazisinə girişinə aid idi. Lakin qərar onların prezidentin səfərlərini işıqlandıran jurnalistlər qrupunda iştirakına birbaşa aid deyildi.
Məhkəmənin qərarı prezidenti müşayiət edən jurnalistlər qrupunun formalaşmasına və jurnalistlərin prezidentin uçuşlarına buraxılması qaydasına birbaşa şamil edilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 26 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















