Icma.az
close
up
RU
Kıvança görə işindən qovulan aktyor: “Bu qədər gündəm olacağını bilmirdim” FOTO+ÖZƏL

Kıvança görə işindən qovulan aktyor: “Bu qədər gündəm olacağını bilmirdim” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun dublyoru Mehmet Tanın sosial media hesabında paylaşıdığı kadrlar müzakirələrə səbəb olub. Belə ki, həmin görüntülər aktyorun baş rolunu ifa etdiyi "Ailə" serialının çəkiliş meydançasında lentə alınıb. Bəlli olub ki, təhlükəsizlik məqsədi ilə yanğın səhnəsində Kıvançın dublyorundan istifadə edilib. Bu, isə izləyicilərin narazılığına səbəb olub. Onlar serialın hər bölümündən 1,5 milyon lirə qonorar aldığı halda sözügedən səhnədə özünün çəkilmədiyinə görə Kıvançı tənqid ediblər.

Bundan başqa, görüntülərin yayımlanmasının və tənqidlərin çoxalmasının ardından Mehmet Tan çalışdığı prodüser şirkəti tərəfindən işindən qovulduğunu açıqlayıb. Moderator.az-a özəl açıqlama verən aktyor, dublyor Mehmet Tan vəziyyəti tam təfərrüatı ilə izah edib:

“Mən 12 ildir ki, peşəkar parkurçuyam. Parkur idmanının verdiyi adrenalinə görə həm sənətimi davam etdirərək, həm də bu işdən pul qazanmaq üçün dublyorluq sənətinə baş vurdum. Daha sonra aktyor olmaq xəyalım üzə çıxdı. Aksiyon və döyüş səhnələrinin aktyoru olmaq istəyirəm. O ki, qaldı dublyorluğa.. 6 ildir ki, sırf dublyor çalışıram. Bir də onu söyləyim ki, parkurçular daha gözəl dublyor olurlar. Çünki parkurda düşmələr, qalxmalar olur. Fiziki baxımdan dolayı bu kimi hərəkətləri biz daha tez edə bilirik. Buna görə də parkurçuluğu dublyorluqla, dublyorluğu da aktyorluqla dəyərləndirməyi düşünürdüm. Kerem Bursin, Kıvanç Tatlıtuğ, Deniz Baysal və s. sənətkarlarla çalışmışm. Onların dubyorları olmuşam. Əslində mən həm dublyorluq sənətinin daha çox yayılması, həm də öz sənətimi göstərmək üçün instaqram üzərindən kamera arxası görüntüləri paylaşırdım. Kıvanç Tatlıtuğ ilə bağlı olan səhnənin bu qədər  gündəm olacağını təxmin etməmişdim. Çox kamera arxası görüntülərim var, bəlkə də hamısını paylaşmamışdım. Kıvançı bir aktyor kimi çox istədiyimə görə görüntüləri paylaşdım. Dublyordan təkcə təhlükəli səhnələrdə istifadə etmirlər, bəzən serial setinin daha tez bitməsi, kollektivin evə daha tez getməsi üçün dubyorlardan istifadə edirlər. Mən işimdən olmaq istəməzdim. Niyə görə mövzu bu qədər dərinliyə gedib çıxdı, bilmirəm? Bundan əvvəl də mən işimi göstərmək üçün kamera arxasından görüntülər paylaşmışam. İndiyə qədər belə problemlə üzləşməmişəm. Bu sahədə xal qazanmaq istəyən insanlar olur. Onun üçün də bir şey edib onun gözünə girmək istəyən birisi də ola bilər” deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri