Kiyev ballistik raketlərlə vuruldu: Körpü və metroda dağıntılar var
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.
Bakıvaxtı.az "Unian"a istinadla xəbər verir ki, oktyabrın 22-si gecə saatlarından başlayaraq Kiyevə kütləvi ballistik raketlər atılıb. Şəhərdə güclü partlayış səsləri eşidilib. Dağıntılar qeydə alınıb.
Kiyevə 30-a yaxın ballistik raket atıldığını, əsas hədəfin enerji və strateji infrastrukturlar olduğunu bildirir.
Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.
Hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub" körpüsündə də dağıntı qeydə alınıb. Körpüdə hərəkət dayandırılıb.
"Hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb", - Kliçko teleqram səhifəsində qeyd edib.
Təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə də ziyan dəydiyi bildirilir.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















