Icma.az
close
up
RU
Kiyev Kremlin SOCAR planını belə pozdu Rusiyanı silkləyən zərbə

Kiyev Kremlin SOCAR planını belə pozdu Rusiyanı silkləyən zərbə

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın SOCAR-ın Ukraynadakı infrastrukturuna zərbələr endirməsi ciddi narazılığa səbəb olub. Bir çox analitiklər bu prosesin onsuz da gərgin olan Moskva-Bakı münasibətlərini daha pik həddə çatdıra biləcəyini proqnozlaşdırırlar. Hətta Rusiya-Azərbaycan qarşıdurmasının olması da istisna edilmir.

Digər tərəfdən, Ukrayna ordusu Rusiyanın məşhur “Lukoyl” şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavoduna zərbələr endirdi, nəticədə zavod fəaliyyətini dayandırdı. “Lukoyl”un hədəf alınması bir növ SOCAR-a hücumun qisası kimi dəyərləndirilir

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiya-Ukrayna müharibəsində digər ölkələrə, xüsusən də Azərbaycana məxsus infrastruktur obyektlərinin vurulması narahatedici haldır:

“Avqust ayında SOCAR-ın iki infrastrukturuna zərbələr endirilib. Bir qədər əvvəl isə yanacaqdoldurma məntəqəsinə raket düşüb. Rusiya-Ukrayna müharibəsinin miqyası böyüdükcə, daha şiddətli silahlardan istifadə olunur və endirilən zərbələrin hansı obyektlərə düşdüyünə diqqət yetirilmir. Bu, bilavasitə Rusiyanın Ukraynaya mümkün zərbələr vurması zərurətindən irəli gəlir.

Ümumiyyətlə, belə hadisələr Azərbaycanı təxribatlara çəkmək cəhdlərinin olduğunu göstərir. Müharibə fonunda Rusiyanın Ukrayna infrastrukturlarını hücuma məruz qoyması açıq görünür, lakin yalnız hərbi təyinatlı obyektlər hədəf alınmır. Ukrayna həm hərbi, həm enerji obyektlərini vurur”.


Azər Allahverənov

Deputatın sözlərinə görə, SOCAR-ın vurulması ilə Rusiya-Azərbaycan müharibəsinin başlamasına dair fikirlər səsləndirmək doğru olmaz:

“İki ölkə arasında münasibətlər son dövrlər bir qədər gərginləşib və müəyyən proksi qüvvələr vasitəsilə Kremlin rəsmi Bakıya təzyiq göstərməyə çalışdığını görürük. Əvvəllər təbliğatçılar və ictimai-siyasi mühitdə təmsil olunan şəxslər müxtəlif formalarda ölkəmizlə bağlı xoşagəlməz fikirlər səsləndirirdilər. Bu gün isə Azərbaycana məxsus infrastrukturların vurulması Kremlin müxtəlif qüllələrinin fərqli siyasi məqsədlər güddüyünü göstərir. Onlar taktiki gedişlər edir, informasiya sahəsində anti-Azərbaycan ritorikasını gücləndirirlər.

Prosesə daha soyuqqanlı və ehtiyatlı yanaşmaq lazımdır. Bir tərəf digər ölkəni təxribata çəkib təzyiq göstərməyə cəhd edirsə, maksimum tədbir görülməli və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunmalıdır. Diplomatik kanallar vasitəsilə münasibətlər davam etdirilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri