Icma.az
close
up
RU
Əliyevin bu gedişi Rusiyanı ifşa etdi SOCAR ın obyektinə hücum Kremlin maskasını partlatdı

Əliyevin bu gedişi Rusiyanı ifşa etdi SOCAR ın obyektinə hücum Kremlin maskasını partlatdı

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında gərginlik davam edir. Son günlər rəsmi Moskva gərginliyi səngitmək, münasibətləri normallaşdırmaq əvəzinə daha da irəli gedərək yeni insidentlərə əl atır. Rusiya Silahlı Qüvvələrinin Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini hədəf alması buna əyani sübutdur. Üstəlik, bu, ilk belə hadisə deyil.

Belə ki, bir müddət öncə Rusiya hərbçiləri Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirdi. Həmin zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağıldı. Qeyd edim ki, “Orlovka” Yunanıstan LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi idi. Yəni bu qaz kəməri vasitəsilə Ukrayna Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı.

Bununla yetinməyən Rusiya 8 avqust tarixində Odessa vilayətindəki SOCAR-a məxsus neft bazasına 5 “Şahid” dronu ilə zərbə endirdi. Hücum nəticəsində şirkətin dörd əməkdaşı xəsarət aldı, onlarca şəxs ağır yaralandı. Bu hücumdan 10 gün sonra, yəni avqustun 18-də Rusiya Silahlı Qüvvələri yenə “Şahid” PUA-ları ilə Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu.

Göründüyü kimi, Rusiya silahlı qüvvələrinin Ukraynada SOCAR-a məxsus obyektlərə zərbələr endirməsi ardıcıllığı və sistematikliyi ilə diqqət çəkir. Hətta konkret bir hərbi əməliyyat planının tərkib hissəsi olduğundan söz açmaq mümkündür.

Halbuki Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında AZAL-ın təyyarəsinin vurulmasından danışarkən, Azərbaycanın bunun qəsdən hücum olduğunu düşünmədiyini bildirmişdi. “Biz sadəcə bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev deyib.

18 avqust 2025-ci il. Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

Əslində, ölkə başçısının bu sözləri özlüyündə onu deməyə əsas verir ki, Bakının Moskva ilə xüsusi heç bir problemi yoxdur. Ölkə başçısı da dediyi kimi, AZAL təyyarəsinin vurulmasının qəsdən hücum olmadığı fərqindədir. Və Rusiyadan konkret gözləntilər açıq şəkildə bir daha bildirildi:

1. AZAL təyyarəsinin vurulmasının etiraf edilməsi;

2. Həmin cinayəti törədənlərin cəzalandırması;

3. Tam təzminatın ödənilməsi.

Bunu ona görə qeyd edirəm ki, rusiyalı rəsmilər və media ekspertləri artıq neçə dəfədir ki, Azərbaycandan gərginliyi artırmaqda, müharibədə tərəf tutmaqda, hətta xəyanətdə ittiham edirlər. Halbuki Bakının mövqeyi açıq və nettir, özü də münaqişənin lap əvvəlindən. Kremlin isə Bakının bu mövqeyinə rəğmən aqressiv ritorikadan əl çəkmədiyi kimi, Azərbaycan-Ukrayna müharibəsinin bir parçasıymış kimi məqsədyönlü şəkildə SOCAR-a məxsus obyektləri hədəf seçib zərbələr endirir.

Ölkə başçısının dediyi kimi, AZAL təyyarəsinin vurulması qəsdən hücum olmaya bilər, lakin Rusiyanın Ukraynada SOCAR-a məxsus obyektləri hədəf seçib vurması artıq təsadüf sayıla bilməz.

Azərbaycanın əvvəlcədən verdiyi açıq xəbərdarlığa baxmayaraq SOCAR-ın obyektlərinə zərbələr davam edirsə, bu açıq şəkildə Azərbaycana və onun maraqlarına qarşı düşmənçilikdir. Eyni zamanda, bu, Kremlin Bakı ilə gərginliyi azaltmaq niyyətində olmadığını və əksinə, qarşıdurmanı dərinləşdirmək istədiyini ortaya qoyur.

Belə vəziyyətdə Azərbaycan daha konkret addımlar atmaq məcburiyyətində qala bilər. Özəlliklə bu addımlar Moskvada narahatlıq doğuracaq qədər ciddi ola bilər.

Prezident İlham Əliyevin bu alicənab davranışından, ədalətli yanaşmasından sonra Azərbaycana məxsus infrastrukturun qəsdən vurulması Moskvanın nə qədər cığal, qərəzli olduğunu ortaya qoyur. Əslində Azərbaycan liderinin bu gedişi Rusiya hakimiyyətini ifşa etdi və ölkəmizə qarşı düşmən mövqedə dayandığını dünyaya göstərdi.

Turan Rzayev
Globalinfo.azın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri