Kiyevdə ABŞ rəsmiləri ilə danışıqlara qatılan Avropa təmsilçilərinin kimliyi bilindi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin iştirakı ilə sentyabrın 6-da Kiyevdə baş tutan danışıqlarda Fransa lideri Emmanuel Makronun diplomatik məsələlər üzrə müşaviri Emmanuel Bonn, Almaniya Kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, həmçinin Böyük Britaniya hökumət başçısının milli təhlükəsizlik müşaviri Conatan Pauell də iştirak ediblər.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Le Monde" qəzeti yayıb.
Nəşrin bildirdiyinə görə, bu rəsmilərin prosesdə iştirakı böyük önəm daşıyıb. Məqalədə xüsusilə vurğulanır ki, Avropa dövlətləri ilə Moskva arasındakı gərginlik səviyyəsinin yüksək qalması və Rusiya ilə aparılacaq danışıqların formatının naməlum olması səbəbindən avropalılar özlərini çətin vəziyyətdə hiss edirlər.
"Avropa dövlətlərinin tamhüquqlu iştirakı təmin edilmədən Avropanın gələcək təhlükəsizlik arxitekturasını müzakirə etmək qeyri-mümkündür", - deyə Fransa təmsilçilərinə yaxın olan mənbəyə istinadən yazıda qeyd edilir.
Xatırladaq ki, Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə Uitkoff və Kuşner sentyabrın 6-da Ukraynanın paytaxtına səfər ediblər. Səfər çərçivəsində onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü baş tutub.
"Reuters" agentliyinin yaydığı məlumata əsasən, Britaniya, Fransa və Almaniyanı təmsil edən rəsmilər Uitkoff və Kuşnerlə planlaşdırılan görüşlərdən öncə Kiyevə çatıblar. Həmin nümayəndələrin səfərini Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov da təsdiqləyib.
Sonradan verilən məlumatlarda bildirilib ki, Uitkoff və Kuşnerin Kiyev səfəri gedişatında danışıqlar prosesinin bir mərhələsi məhz Böyük Britaniya, Fransa və Almaniya tərəflərinin iştirakı ilə təşkil olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 07 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















