Icma.az
close
up
RU
Şair publisist İsgəndər Səklikovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Şair publisist İsgəndər Səklikovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyində Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair-publisist İsgəndər Səklikovun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, ədəbi-tənqidçi, esseist, şair Əsəd Cahangir İsgəndər Səklikovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, yubilyarın “Arı kəşfi” kitabındakı təmsilləri və “İnsan zaman heykəlidir” kitabındakı lirik şeirləri səsləndirərək onların məzmunu üzərində geniş təhlillər aparıb.

Əsəd Cahangir, həmçinin müəllifi olduğu və Elm və Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiqlənmiş “Şagird üçün qısa izahlı kimya lüğəti”, “Şagird üçün qısa izahlı biologiya lüğəti”, “Heyvanlar aləmi və onların insan həyatında rolu” kitabları, eləcə də “Pedaqoji terminlər” lüğətinin pedaqoji mühitdə əhəmiyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin müşaviri Rauf Aslanov, tədbirin təşkilatçıları yazıçı-publisist Vəsimə İsmayılqızı və Vüqar Səklikov, qəzəlxan, xanəndə Ağakərim Nafiz, bəstəkar, tarzən Şahin Qarayev, Azərbaycan Dillər Universitetinin dosenti, tərcüməçi Yusif Savalan, AMEA Tarix İnstitutunun dosenti Müzəffər Hüseynov və şairin ailə üzvləri, dostları çıxış edərək yubilyarın yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onlar İsgəndər Səklikovun ədəbi və pedaqoji fəaliyyətini təhlil edib, onun elmi-pedaqoji işlərdə və milli-mənəvi dəyərlərin qorunub təbliğində rolunu vurğulayıblar.

Sonda İsgəndər Səklikov çıxış edərək gələcək yaradıcılıq planları haqqında məlumat verib, onun yaradıcılığına göstərilən diqqət və dəyərə görə Azərbaycan Yazıçılar Birliyinə, eləcə də tədbirin təşkilatçılarına səmimi təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri