Kiyevdən Putinə yaşıl işıq : Zelenskinin hazır olduğu deyildi İki məsələ gündəmdə
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü ilə bağlı yeni məlumatlar və proqnozlar yayılır. Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın mövzu ilə bağlı son açıqlaması diqqət çəkib. O bildirib ki, Zelenski sülh danışıqları çərçivəsində ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarət məsələlərini həll etmək üçün Putinlə şəxsən görüşməyə hazırdır.
Kreml bu təklifi qəbul edəcək? Putin və Zelenski arasında görüş ola bilərmi?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən görüşdə üçtərəfli razılaşma əldə olunub:
“Rusiya atəşkəsin əldə olunmasına çalışır, çünki Kremlin imkanları artıq tükənməkdədir. Bununla belə, ərazi məsələsində güzəştə getmir. Əgər Ukrayna müqaviməti davam etdirsə və Rusiya yaxın aylarda yeni əraziləri ələ keçirə bilməsə, danışıqlarda Kiyev üstünlük qazanacaq.
Amma, hər iki liderin birbaşa görüşməsi çətin görünür. Tərəflər bir-birinə patoloji nifrət bəsləyir. Ola bilsin ki, ABŞ Prezidenti Donald Tramp onları bir araya gətirməyə çalışsın. Zelenski praqmatik və sülh istəyən liderdir, amma Putin birbaşa görüşə getməyəcək. Bu halda danışıqlar prosesi çətinliklərlə üzləşir.
Rusiya üzərinə təzyiqlər davam edərsə, müsbət nəticə əldə etmək mümkündür. Tramp hazırda ABŞ-da gözlənilən Konqres seçkilərinə qədər ortaq məxrəcə gəlinməsinə, Ukraynada atəşkəsin əldə edilməsinə çalışır”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 28 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















