Kiyevə kütləvi hava hücumu olub, ölənlər var
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 23 iyun, AZƏRTAC
İyunun23-ə keçən gecə Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməyə başıayıb və hava hücumundan müdafiə sistemi işə düşüb.
Rusiya ordusu Ukraynaya zərbə dronları, həmçinin qanadlı və ballistik raketlərlə hücum edib.
Hava hücumunun əsas hədəfləri Kiyev şəhəri olub. Paytaxtda yaşayış və inzibati binalara çoxlu ziyan dəyib. Metronun “Svyatoşın” stansiyasının infrastrukturuna ziyan dəyib.
Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində məlumat yayıb ki, paytaxtın Şevçenko rayonunda dağılmış binada 5 nəfər həlak olub.
"Şəhərdə 19 zərərçəkən var. Onlardan 8-i şəhər xəstəxanalarındadır. Xilasedicilər qəzalı binada işləyir, həkimlər növbədədir", deyə şəhər meri qeyd edib.
Dağıntılar altında insanların olduğu güman edilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 23 İyun 2025 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















