Kiyevə qırmızı işıq yandırıldı: İtaliya Ukraynaya yenə icazə vermədi
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ukraynaya Rusiya ərazilərinin dərinliklərinə zərbələr endirməyə icazə verməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
O, İtaliyanın Ukraynaya silah tədarükü ilə bağlı mövqeyini təsdiqləyib.
“Ukraynanın silahdan istifadəsinə dair mövqeyimiz dəyişmir. Bu silahlar yalnız Ukrayna ərazisində istifadə oluna bilər. Ümid edirəm ki, Çin Rusiyaya bu mənasız müharibənin dayandırılmasının vacibliyini başa sala biləcək. Təbii ki, Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşməsi yaxşı siqnal deyil”, – Tajani vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə ABŞ mediası yazıb ki, prezident Co Bayden administrasiyası Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsi qadağasını aradan qaldırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az
Baxış sayı:89
Bu xəbər 18 Noyabr 2024 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















