Kiyevə raket zərbəsi: 2 ölü, 8 yaralı var FOTO VİDEO
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya qüvvələrinin Kiyevə endirdiyi güclü raket zərbəsi nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, hücum zamanı Kursk, Bryansk və Voronej vilayətlərindən ballistik və hipersəs raketləri buraxılıb. Paytaxtın bir neçə rayonunda raketlərin düşməsi və qalıqların səpələnməsi qeydə alınıb.
Podolsk rayonunda raket qalıqlarının düşməsi nəticəsində doğum evinin pəncərələrinə və fasadının bir hissəsinə ziyan dəyib. İlkin məlumatlara görə, tibb müəssisəsinin daxilində xəsarət alan olmayıb, lakin yaxınlıqdakı avtobus dayanacağında bir nəfər həlak olub.
Dneprovsk rayonunda raket qalıqları 16 mərtəbəli yaşayış binasının və fərdi evlərin həyətinə, həmçinin inzibati binanın üzərinə düşüb. Darniç rayonunda isə raket qalığı avtomobil yoluna düşüb. Son məlumatlara əsasən, yaralılardan dördü xəstəxanaya yerləşdirilib.



Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 24 Sentyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















