“Kızılcık Şerbeti”nin İşıl ı vəfat etdi
Lent az saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli məşhur aktrisa Ece İrtem vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun vəkili Nalan Yıldırım İnstagram hesabında paylaşım edib. Vəkilin sözlərinə görə, 35 yaşlı Ece İrtem səhər saatlarında evində dünyasını dəyişib:
“Müvəkkilim Ece İrtem bu gün saat 12 radələrində vəfat edib. Hadisə anası ilə birlikdə olduğu evdə baş verib. İlkin qiymətləndirmələrə görə, ölümün ürək tutması nəticəsində baş vermiş ola biləcəyi düşünülür. Lakin hadisə ilə bağlı araşdırma davam edir. Ölümün dəqiq səbəbi aparılacaq məhkəmə-tibbi ekspertiza nəticəsində müəyyənləşəcək. Nəticə açıqlanandan sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Mərhumun ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm”.
Qeyd edək ki, aktrisa “Kızılcık Şerbeti” serialında canlandırdığı "İşıl" obrazı ilə tamaşaçıların rəğbətini qazanmışdı.
Naibə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:280
Bu xəbər 15 İyun 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















